Yuxarı

Xəzər TV-nin “Cip” həvəskarı olan türk rəhbərliyi - Qalmaqal

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Anar Nəcəflinin Xəzər TV-dən ayrılmasının təfərrüatı" adlı yazı televiziya daxilində çaxnaşmaya səbəb olub. Bundan sonra həyəcan içində olan Xəbərlər departamentinin rəhbəri İbrahim Ünlübostan yazıda adı hallanan əməkdaşlarla əlaqə yaradaraq onlara təkzib verməsini istəyib".

"Axar.az"a bu barədə Xəzər TV-nin əməkdaşları məlumat veriblər. Onların sözlərinə görə, İ.Ünlübostanın təzyiqi ilə televiziyadan uzaqlaşanların bu problemi öz adları ilə ictimailəşdirməmələrinin səbəbi digər kanallarda işləmək istəyindən doğur: "Onlar istəmirlər ki, qalmaqallı jurnalistlər kimi adları hallansın. Çünki qalmaqalla hansısa televiziyadan ayrılan jurnalistlərin digər kanallarda işə düzəlmək istəyi problemli olur. Kanal rəhbərliyi işdən gedəcəyi təqdirdə, növbəti qalmaqal hədəfinə çevrilmək ehtimalına görə belə jurnalistlərdən uzaq qaçırlar. Digər tərəfdən, İ.Ünlübostan bir neçə dəfə keçmiş əməkdaşları haqda ona müraciət edən KİV rəhbərlərinə yanlış referat verib və onların növbəti iş imkanlarını məhdudlaşdırıb".

Xəzər TV-dəki həmkarlarımızın xəbərinə görə, telekanalın türk idarəçilərinin əməllərindən xəbər tutan rəhbərlik bunlara son qoymaq və nəzarəti gücləndirmək üçün 2012-ci il sentyabrında İnqilab Məmmədovu kanalda yeni yaradılan İctimai-siyasi şöbənin rəhbəri vəzifəsinə təyin edib. İnqilab Məmmədovun müstəsna səlahiyyətlərə malik olması televiziya daxilində baş verən hərc-mərcliyə müəyyən mənada son qoyub. Bu təyinatdan ən çox hiddətlənən isə İbrahim Ünlübostan olub. Tabeçiliyindəki işçilərin İnqilab Məmmədovla isti münasibətdə olması departament şefinin xoşuna gəlməyib. Hətta o, bununla bağlı bir neçə dəfə işçilərinə xəbərdarlıq da edib.

Xəzər TV-də maşın alveri

Televiziya daxilindən əldə etdiyimiz ən maraqlı məqam isə reklam müdiri Gökhan bəyin maşın alveri ilə məşğul olmasıdır. Hətta iddia edilir ki, o, ilkin fəaliyyətə başlamaq üçün telekanala gələn reklam vəsaitini dövriyyəyə buraxıb. Bundan başqa, telekanal rəhbərliyinin "Cip" maşın həvəskarı olmasına da maraqlı şərh verilir: "Onlar Türkiyədə bu şəraitə sahib deyildilər. Orda benzin bahadır və buna görə də məcbur olub daha az benzin yeyən sedan maşınları alırdlar. Həm də bu şəraiti Türkiyədə heç yuxularında görə bilməzdilər. İndi isə hamısı Bakıda "Cip" maşınına sahibdir".

Xatırladaq ki, səslənən iddialara münasibət bildirmək üçün bir neçə dəfə İbrahim Ünlübostanla əlaqə yaratmağa cəhd etsək də, zənglərimizə cavab verilmədi.

Tarix
2014.02.08 / 16:11
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla