Yuxarı

Ali məktəblərdə təhsil 3 ilə endirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, müəllim işləmək istəyənlərin internaturaya cəlb olunması nəzərdə tutulur. Bunun üçün ilkin müəllim hazırlığında pedaqoji internatura sisteminin tətbiqinə dair təkliflər hazırlanıb və bu günlərdə Təhsil Nazirliyində müzakirə edilib.

Yenilik barədə "Axar.az"a Təhsil Problemləri İnstitutunun elmi katibi, professor Akif Abbasov məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə tətbiq ediləcək yeni sistemin öyrənilməsi üçün dünya təcrübəsi və elmi müəssisələrin potensialı araşdırılıb:

"Son illərdə ali məktəblərdə pedaqoji təcrübəyə ayrılan dərs saatları azaldılıb. Belə olan halda pedaqoji internaturaya təlabat meydana çıxır. Pedaqoji internatura – ali pedaqoji təhsil müəssisələrinin nəzəri biliklərinin və praktik vərdişlərinin təkmilləşdirilməsi, müəllimlik peşəsi üzrə internlərin müstəqil fəaliyyətə hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə diplomdansonrakı peşə təhsilidir. İnkişaf etmiş xarici ölkələrdə pedaqoji təhsili olan insanların müəllimlik fəaliyyətinə başlaması üçün onlar internaturadan keçərək müəllim işləmək üçün lisenziya alırlar. Bizdə də bu sistemin tətbiq edilməsi nəzərdə tutulur".

Ali təhsil müddəti azaldıla bilər

Qeyd edək ki, Dünya Bankı ilə Təhsil Nazirliyinin birgə sifarişi ilə Təhsil Problemləri İnstitutunda pedaqoji internatura sistemin yaradılması ilə bağlı tədqiqat aparılıb. Tədqiqata rəhbərlik edən A.Abbasovun sözlərinə görə, pedaqoji internatura təhsilinin müddətinin 1 il olması nəzərdə tutulur:

"Hazırki sistemlə ali təhsil alan tələbələrin əlavə 1 və ya 2 il internaturaya cəlb olunması təhsil müddətinin 7-8 ilədək uzanmasına gətirib çıxara bilər. Bu isə müəllim hazırlığı üçün çox uzun vaxtdır. Ona görə də mən təklif edirəm ki, yeni sistemin tətbiq edilməsi üçün ali təhsil müddəti azaldılsın. Yəni, bakalavr təhsili 3 il, magistratura 1 il və internatura da 1 il olsun. Bu halda 5 ilə tam ixtisaslı müəllimlərin hazırlanması və işə cəlb edilməsinə nail olmaq olar".

Oxuyacaq, həm də maaş alacaqlar

Hazırda bəzi ölkələrdə pedaqoji internatura 1 il, digərlərində 2 il müddətinə həyata keçirilir. Artıq internatura təhsili ilə bağlı ölkəmizdə təcrübə var. Tibb təhsili alanlar üçün bu sistem tətbiq edilir. A.Abbasov xarici təcrübə ilə yanaşı həmin sistemin ənənələrindən də istifadə edilməsini məqbul sayır:

"Pedaqoji və psixoloji-pedaqoji təhsil sahəsində konsepsiya və proqramların yaradılması zamanı, ilk növbədə, ali tibb təhsili sisteminin təcrübəsi və eyni zamanda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa kimi ölkələrin pedaqoqlarının praktik hazırlığı təcrübəsi əsas götürülməlidir. İnternlər həm təhsil almalı və həm də məktəbdə müəllim kimi fəaliyyət göstərməlidirlər. Başqa sözlə, həm də işləyib maaş almalıdırlar. İnternatura gənc mütəxəssislərə təhsil sistemində müvafiq vəzifə tutmağa, ümumi təhsil məktəblərində dərs aparmağa imkan verəcək. İnternaturada təhsil pedaqoji universitet və institut, yaxud ali təhsilin pedaqoji fakültəsi məzunu ilə ali təhsil müəssisəsi arasında əmək müqaviləsi və razılaşma əsasında təşkil olunacaq".

Yenilik qısa vaxtda işə düşəcək

Qeyd edək ki, artıq pedaqoji internaturanın tətbiqi ilə bağlı əsasnamə də hazırlanıb. Bütün sənədlər Təhsil Nazirliyində aparılan müzakirələrdən sonra təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim ediləcək. NK-nın qərarından sonra qısa vaxtda yeni sistemin tətbiqinə başlanılacaq.

Xatırladaq ki, Təhsil Strategiyanın əsas məqsədi ölkədə səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyətcə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi yaratmaqdır. Bu məqsədlərə çatmaq üçün geniş Fəaliyyət Planı da hazırlanacaq və bu ilin mart ayından etibarən həyata keçirilməyə başlanacaq.

Tarix
2014.02.08 / 12:23
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla