Yuxarı

Dünya şöhrətli tenor Bakıya gəlir - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 21-də Heydər Əliyev Mərkəzində İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safinanın konserti keçiriləcək.

"Axar.az" xəbər verir ki, dünya akademik səhnəsinin məşhurlarından biri Alessandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcək.

Heydər Əliyev Mərkəzində təşkil olunacaq musiqi gecəsində müğənninin "Luna", "Besame Mucho" və s. məşhur mahnıları səslənəcək.

Biletlərin qiyməti 100, 200, 300 AZN-dir.

Xatırladaq ki, özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi albomları ilə şöhrət qazanan italiyalı tenor 1963-cü ildə İtaliyanın Siena şəhərində anadan olub. Erkən yaşlarından musiqini öyrənməyə başlayan ulduz 17 yaşında Florensiyada konservatoriyaya daxil olur və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlayır.

1989-cu ildə o, ilk dəfə Mantova şəhərində "Concorso Lirico İnternazionale" müsabiqəsində mükafat qazanır. Alessandro Safina həmçinin dünya musiqisinin əvəzedilməz simaları Sara Braytman, Elton Con, Xose Karreras kimi məşhurlar ilə eyni səhnəni paylaşıb. "Opera roku" adlı yeni üslub məhz Alessandro Safina adı ilə bağlıdır.

A.Safinanın "Luna" balladası məşhur "Klon" teleserialının soundtreklərindən biri olub.

Tarix
2014.02.07 / 12:38
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla