Yuxarı

Azərbaycanlı yazar Türkiyədən qovuldu - bir tvitə görə/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı jurnalist Türkiyədən deportasiya edildi.

Türkiyədə yaşayan azərbaycanlı jurnalist ölkədən qovuldu.

"Axar.az" xəbər verir ki, Türkiyədə hazırda internetə qadağaların qoyulmasının müzakirə edildiyi bir vaxtda dünən skandal hadisə yaşanıb.

Türkiyə hökuməti "Today’s Zaman" qəzetinin müxbiri və köşə yazarı kimi çalışan azərbaycanlı jurnalist Mahir Zeynalovu "Twitter"də paylaşdığı tvitə görə ölkədən deportasiya etmək qərarı alıb.
M.Zeynalov tvitində baş nazir Rəcəb Tayyib Ədoğanı tənqid edib:

"Türk hakimlər polisə "Əl Qaidə" ilə əlaqəsi olanları həbs etməyi əmr etdi. Ərdoğanın təyin etdiyi polis rəisləri isə bu əmrə tabe olmadı" – deyə, tvit yazıb.

Bundan sonra Türkiyənin Daxili İşlər Nazirliyi Mahir Zeynalovun deportasiya edilməsi və nəticənin nazirliyə bildirilməsini istəyib.

Qeyd edək ki, M.Zeynalov 5 ildir Türkiyədə işləyir. O, 15 ay öncə Türkiyə vətəndaşı ilə ailə qurub.

Tarix
2014.02.07 / 10:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla