Yuxarı

Rasim Balayev: Mən Rüstəm İbrahimbəyovu siyasətçi kimi tanımıram

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, Milli Şuranın yaradıcısı və ilk sədri Rüstəm İbrahimbəyovun 75 yaşı tamam oldu. Vaxtilə dramaturqun yaxın dostu, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuş Rasim Balayevin R.İbrahimbəyovu yubileyi münasibətilə təbrik edib-etmədiyi ilə maraqlandıq.

- Rasim bəy, iki gün öncə görkəmli yazıçı və dramaturq Rüstəm İbrahimbəyovun 75 yaşı tamam oldu. Onu 75 illik yubileyi münasibətilə təbrik etdinizmi?

- Bir müddətdir ki, onunla heç bir əlaqəm yoxdur. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən istefa verəndən sonra onunla görüşməmişəm. Həm də telefon nömrəsini də dəyişib. Ona görə də ona zəng edib heç bir əlaqə saxlaya bilmədim.

- Rüstəm İbrahimbəyovun 3 ilə yaxındır siyasətlə məşğul olmasını necə dəyərləndirirsiniz?

- Mən şəxsən çox pis baxıram Rüstəm İbrahimbəyovun siyasətlə məşğul olmasına. Çünki o, siyasətçi deyil, gərək öz sənəti ilə məşğul olaydı. Rüstəm böyük dramaturqdur, böyük ədəbiyyat xadimidir. Siyasətə nahaq girişdi.

- Amma bir fakt var - Rüstəm İbrahimbəyov ölkədə baş verən haqsızlığa qarşı çıxırdı, yəni o, bir vətəndaş olaraq mövqe qoydu ortaya.

- Bunu siz də deyirsiniz, ondan sonra hamı deyir. Ona haqsızlıq olunmamışdı axı.

- Şərt deyil ki, ona haqsızlıq olunub, ya yox. Bəs ölkəsinin haqqı tapdalanan digər vətəndaşlarının haqları uğrunda mübarizə aparmamalıydı?

- Nə bilim, vallah. Mən şəxsən Rüstəm İbrahimbəyovu siyasətçi kimi tanımıram. Rüstəm İbrahimbəyov böyük dramaturq-yazıçıdır (musavat).

Tarix
2014.02.07 / 09:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla