Yuxarı

Müəllimlər müdir əvəzinin həyətini təmizləyirlər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küçədə qar təmizləyən müəllimlərdən biri Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərovu yalan danışmaqda ittiham edir. Bu barədə "Axar.az"a məktub gəlib.

Məktubda Təhsil şöbəsinin müdir əvəzi yalan danışmaqda ittiham edilir. Bildirilir ki: "Sumqayıt məktəblərində küçələri qardan təmizləyən texnika üçün 10 manatdan pul yığılır. Küçələri isə biz təmizləyirik, texnikanı görən yoxdur. O şəkildə görünən 18-ci mkr.-da "Elmar" marketdir. Vaqif Ələkbərovun evi də onun arxasındakı 1 saylı binadadır. Marketin qarşısını təmizləyəndən sonra həyəti də təmizləmişik".

O qədər ağılsız adam deyiləm

Məsələylə bağlı Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərovla əlaqə yaratdıq. Vaqif Ələsgərov məsələyə münasibət bildirərək məlumatın qərəzli olduğunu qeyd edib:

"Düz deyil, qərəzli məlumatdır. Burda texnika ilə bağlı heç kim pul yığmır. Hə, düzdür, mən orda yaşayıram. Bax, bu dəqiqə gəlin mənimlə bərabər gedək, görün mənim yaşadığım binanın qabağı heç təmizlənib? Heç orda tərpənmək mümkün deyil ki... Külək oranı qarla doldurub. Qərəzli məlumatdır, yüz faiz. Mən o qədər ağılsız adam deyiləm ki, aparıb həyətimi təmizlətdirim".

Tarix
2014.02.06 / 19:15
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla