Yuxarı

Millət vəkilinin fikri düzgün anlaşılmayıb – Təkzib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fəzail Ağamalının saytınızda yayımlanan fikri kontekstdən çıxarılıb və təhrif olunub".

Bu barədə millət vəkili Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının mətbuat katibliyindən "Axar.az"ın elektron ünvanına daxil olan məktubda bildirilir. Məktubda yaşlı qadının yolu buzdan təmizləməsi səhnəsini əks etdirən və Feysbuk sosial şəbəkəsində yayımlanan şəkilə millət vəkilinin münasibəti öyrənilərkən, sualın mahiyyətinin izah olunmamaması vurğulanır: "Jurnalist ətraflı məlumat vermədən və soruşduğu mövzunun mahiyyətini anlatmadan o şəkildən və müzakirə mövzusundan xəbərsiz olan millət vəkilindən rəy öyrənmək istəyib. Bunun qarşılığında F.Ağamalı məlumatı olmadığı şəkil haqqında rəy verməkdən imtina edib. Müxbir isə o imtinanı yayımlanan şəkilə verilən rəy kimi qəbul edərək, yazdığı materiala əlavə edib və nəticədə tamamilə yanlış bir mənzərə alınıb. Bildiririk ki, Fəzail Ağamalının, sosial vəziyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına hörməti var. Fəzail Ağamalı bir millət vəkili və Ana Vətən Partiyasının sədri kimi çox sayda xeyriyyə işləri görür. Bu barədə partiyanın Feysbuk səhifəsindən də (www.facebook.com/AnaVetenPartiyasi) ətraflı tanış ola bilərsiniz.

Deyilənləri nəzərə alaraq, bu məktubu təkzib sayacağınıza və yayımlayacağınıza ümid edirik".

Xatırladaq ki, fevralın 3-də sosial şəbəkədə yaşlı bir qadının bir neçə kişinin göstərişini yerinə yetirirmiş kimi yolu qardan təmizləməsi barədə şəkil paylaşılmış və "Axar.az" da o mənzərəyə ziyalıların münasibətini öyrənmişdi.

Tarix
2014.02.06 / 18:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla