Yuxarı

Qarabağ qazisi Prezidentdən kömək istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsinə qalxan oğullarımızla bərabər qadınlarımız da olub ki, sözün əsl mənasında qəhrəmanlıq göstərərək, son güclərinə qədər döyüşüblər.

Təəssüflər olsun ki, onlar barədə çox-çox az danışılır. Bu gün sizi mübariz qəhrəmanlarımızdan biri, bir çoxunun Tutu xanım kimi tanıdığı Rüxsarə Cumayevadır ki, o da indi müharibənin ağrılarını yaşayır.

Rüxsarə xanım 1963-cü ildə Zaqatala rayon Bəhmədli kəndində anadan olub. İxtisasca filoloqdur, eyni zamanda tibb bacısıdır. Əlil ola-ola cəbhəyə yollanan Rüxsarə xanım, indi daha yeriyə də bilmir. Bu yaxınlarda onunla sosial şəbəkədə əlaqə saxlayıb vəziyyəti ilə maraqlandıq. Məlum oldu ki, hələ də ayağından keçirdiyi bir neçə əməliyyat uğursuz olub.

Bizi evinə dəvət etdi. Axşamüstü qazinin yaşadığı Nəsimi rayon Ş.Əzizbəyov küçəsi 170/9, mənzil 7 ünvanına yollandıq. Qapını döydük və içəridən cavab verdi:

- Gəl!

Bizi qızı Rəqsanə qarşıladı. Divanda uzanmış Rüxsarə xanımla salamlaşıb, söhbətimizə başladıq.

Tükiyədəki həkimlər məni aldatdılar

"Millət vəkili Qənirə Paşayevanın Türkiyənin Bakıdakı səfirliyinə müraciətindən sonra, məni 2013-cü ilin iyul ayının 29-da əməliyyat olunmam üçün Ankaranın Nümunə xəstəxanasına apardılar. Orada birinci dəfə sol ayağımın bud sümüyündən əməliyyat olundum. Narkozdan ayılandan sonra, həkimlər yaxınlaşdı ki: üzr istəyirik, əməliyyat uğursuz keçdi. Sonra məni ikinci dəfə əməliyyat elədilər. Bu əməliyyatım da uğursuz keçdi. Amma bu haqda mən Bakıya qayıtdıqdan sonra, "Medical Plaza" kilinikasında yoxlanışdan keçəndə bildim",- Rüxsarə xanım bildirir.

Onun sözlərinə görə, Türkiyəyə getməyinin əsas səbəbkarı Millət vəkili Qənirə Paşayeva olub:

"Yol xərclərimi Qənirə xanım ödədi. Təəssüflər olsun ki, bu qədər müraciətlərimə baxmayaraq, mənə heç bir köməklik göstərilmədi. Bax elə bunun nəticəsidir ki, belə bir uğursuz əməliyyat keçirdim. Çünki mən ora tapşırıqla getmişdim, yəni həkimlərə pul verilməmişdi".

Türkiyədəki səfirliyimiz mənimlə maraqlanmadı

Qarabağ qazisi Türkiyədəki səfirliyimizdən də giley-güzarını bildirdi:

"Mənim xəstəxanada qaldığım vaxtlarda və ondan öncəki günlərdə belə, Türkiyədəki səfirliyimiz mənimlə maraqlanmadı. Mən deyək ki, Qarabağ qazisi deyiləm. Anayam, Azərbaycan vətəndaşıyam və Türkiyə dövlətində əməliyyat olunuram. Dəfələrlə müraciət etdik, amma bir faydası olmadı. Türkiyədə universitet müəlliməsi Xanım müəllimə və Güney Azərbaycan cəmiyyətinin başqanı Zaur bəy köməklik elədilər".

Üçüncü dəfə "N.Tusi"də əməliyyat olundum

Qardaş ölkədəki uğursuz əməliyyatlardan sonra Bakıya Qayıdan Rüxsarə Cumayeva Sənan adlı xeyirxah həkimin yardımı sayəsində üçüncü dəfə əməliyyata məruz qaldı:

"Bakıya qayıtdıqdan sonra elə indiki kimi çəliklə yeriyirdim, ayağım büdrədi yıxıldım və protezim çıxdı. Elə buna görə də, Sənan həkimin sayəsində N.Tusi adına xəstəxanada əməliyyat olundum. Amma İndi baxıram ki, böyük səhvə yol verdim. Əməliyyatdan öncə daha yaxşı gəzə bilirdim. Əməliyyat elədirdim ki, düzələcək, amma daha da pis oldu. Artıq ayağımı hiss eləmirəm.

Bununla bağlı bizim həkimlərə də müraciət etdim. Deyirlər ki, bizdə o avadanlıqlar yoxdur və ona görə də biz bu əməliyyatı eləyə bilmərik".

Darıxıram, yerimək istəyirəm

Uğursuz əməliyyatlardan sonra ümidsizliyə qapılan Qarabağ qazimiz qəhərli baxışlarla bu ağır yükü çiynində çəkən 12 yaşlı qızı Rəqsanəyə baxaraq sözünə davam edir:

"Mənim yükümü 12 yaşlı qızım çəkir. Bu bir otaqlı evdə qısılıb qalmışıq. Yazıq uşaq bilmir neyləsin. O, həm ev işlərini görür, həm mənim əziyyətimi çəkir, həm də dərsini oxuyur. Özü də əlaçıdır. Ona çox əziyyət verirəm.

Mərdəkanda xəstəxanada yatırdım orada da şərait olmadığından çıxıb gəldim evə. Darıxıram, oğlum, yerimək istəyirəm. (Ağlayır). Elə işlər var ki, dalıyca bu 12 yaşında qız uşağını yollamaq olmur axı. Mən gəzəndə bütün işlərimi görürdüm".

Rüxsarə xanım göz yaşını saxlaya bilmir.

Dövlətdən əlilliyə görə 50 manat pul alıram

Əlilliyə görə dövlətdən aldığı 50 manat pul onun həyatını yüngülləşdirmir: "Yaşayışım da yaxşı deyil. İkinci qrup əliləm. Dövlətdən əlilliyə görə 50 manat pul alıram. Bu gün sənədləri təzələmək üçün Rəqsanəni yolladım, o da uşaq olduğuna görə düzəldə bilməyib, evə qayıtdı. Başqa elə bir adam da yoxdur ki, işlərimi görsün. Axı, mən yeriyə bilsəm, bunları özüm edərəm də. Amma mən o sənədlərə görə gedəndə, necə lazımdı hörmət edirlər".

Ölkə prezidenti və xanımından kömək istəyirəm

"Mənim əməliyyata getməyim üçün 28 min manat pul lazımdır. Bununla bağlı artıq bir çox qurumlara müraciət etmişəm. Buradan üzümü tutub cənab prezidentdən və onun xanımı Mehriban Əliyevadan kömək istəyirəm. Xahiş edirəm, mənim əməliyyat olunmağım üçün kömək etsinlər".

İmdad dolu baxışları ilə bizi yola salan Rüxsarə Cumayevanın evinə gələn dəfə onu ayaq üstə görməyi arzulayaraq evini tərk etdik...

Tarix
2014.02.06 / 14:14
Müəllif
Vasif Əlihüseyn
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla