Yuxarı

Rəbiyyət Aslanova: “İlk baxışda hər şey gözəl görünür...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün məkan heç də sərhəd anlamının daşımır".

"Axar.az" xəbər verir ki, bu sözləri Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova "İrəli" İctimai Biriyinin fevralın 6-da təşkil etdiyi "Gənc liderlər üçün qış universiteti"ndə çıxışı zamanı dilə gətirib.

O deyib ki, bu gün insanlar, xüsusilə yetişməkdə olan gənc nəsil daha çox informasiya məkanı, virtual məkanla əhatə olunmaqdadır:

"Hər gün müxtəlif mənbələrdən saysız-hesabsız informasiyalar əldə edir, onlarla rastlaşırıq. Bəzən qarşımıza heç də istəmədiyimiz, arzu etmədiyimiz informasiyalar çıxır. Bu isə daha çox özünü tapmaqda, dərk etməkdə olan gəncliyə ciddi təsir edir. İlk baxışda hər şey gözəl görünür, ancaq sonradan onların insan psixikasına nə dərəcədə böyük təsir etdiyi məlum olur. Ona görə gənclər informasiya məkanında özlərini itirməməli, ayıq-sayıq olmalı, yad təsirlərə düşməməyə çalışmalıdırlar".

Komitə sədri son zamanlar cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilən və narahatçılıq doğuran bir məsələyə, Suriyada döyüşməyə gedən və orada həlak olan azərbaycanlı gənclərlə bağlı məsələyə də toxunub.

O, bildirib ki, sağlam təfəkkürü, sağlam mənəviyyatı olan gənclik nə etdiyini, nə qurub, yaratdığını yaxşı bilir və bunun ziyanı olmur. Lakin sağlam təfəkkürü, yad təsirlər altında sağlam mənəviyyatı olmayan gəncliyin səsi bu gün Suriyadan gəlir:

"Bu bizim hər birimizi ağrıdır. Çünki bizim öz problemimiz var. Bizim gənclər həmin problemin həllində öz sözlərini deməlidirlər. Ona görə Azərbaycan gəncliyi öz üzərində çalışaraq yad təsirlərdən uzaq olmağa, bütün addımlarında ayıq-sayıqlıq nümayiş etdirməyə çalışmalıdır".

Tarix
2014.02.06 / 12:11
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla