Yuxarı

Gələcəkdən xəbər verən superkompüter yaradıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan həyatında hansı hadisələrin baş verəcəyini əvvəlcədən söyləyə bilən superkompüter yaradılıb.

"Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi səhifəsinə istinadən bildirir ki, "IBM" şirkətinin mühəndisləri "Watson" superkompüterinə psixoanalizin əsaslarını öyrədərək onu yeni sahədə tətbiq etməyə başlayıblar.

İndi Tvitter və Feysbuk şəbəkələrindəki yazıları təhlil edən kompüter insanın şəxsiyyət tipini müəyyənləşdirə və hətta onun həyatında hansı hadisələrin baş verəcəyini əvvəlcədən söyləyə bilir.

Bu halda kompüterin sosial şəbəkələrdəki akkauntun ünvanını bilməyinə ehtiyac qalmır: kompüter istifadəçinin müəyyən şirkətə təqdim etdiyi məlumatlara əsaslanaraq onu müstəqil şəkildə aşkar edir. "IBM Watson"un gələcəyi "görmək" qabiliyyətindən marketoloqlar yararlana bilərlər. Məsələn, insan öz statusunu "evli"yə dəyişsə, bir ildən sonra sistem ona uşaq üçün məhsul və xidmətləri reklam etməyə başlayacaq.

"Fast Co. Design" şirkətinin redaktoru Con Braunli daha bir nümunə göstərib. Təsəvvür edək ki, iri şirkətin mütəxəssisi Tvitterdə San-Fransiskoya köçmək şərtilə işə dəvət alıb. Bu zaman həmin şəxsin bankı "Watson"un linqvistik bacarığından istifadə edərək onun üçün faydalı olan xidmətləri (xidmət göstərən şöbəni dəyişdirə və ya yeni ev üçün ipotekanın rəsmiləşdirilməsində yardımçı olar) əvvəlcədən təklif edə bilər. Kompüter tərəfindən tərtib edilən psixoloji portret bank əməkdaşlarına bu insanla əlaqə yaratmaq üçün ən yaxşı üsulu göstərəcək. Redaktor qeyd edir ki, belə müdaxilədən qorunmaq üçün ən yaxşı üsul Linkedin, Instagram və digər servislərdə bloqu kənar şəxslər üçün qapalı etməkdir. "Watson" 2011-ci ildə "Jeopardy!" televiziya viktorinasında qalib olandan sonra məşhurlaşmağa başlayıb. O vaxtdan superkompüterə kommersiya təşkilatları maraq göstərir. Məsələn, 2012-ci ildə ondan ABŞ-ın bir neçə klinikasında müxtəlif xəstəliklərin müalicəsinə tövsiyələr verməsi üçün virtual diaqnost kimi istifadə edilib.

Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2800 nüvə üzərində işləyən "Watson"un prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.

Tarix
2014.02.06 / 11:24
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla