Yuxarı

Meğrinin Azərbaycana verilməsi Ermənistanda müzakirə edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Meğrinin Azərbaycana verilməsi məsələsi müzakirə edilir.

Məsələ Ermənistan müdafiə naziri Seyran Ohanyanın "Erməni qartalları" ictimai təşkilatının üzvləri ilə görüşündə də gündəmə gəlib.

Təşkilat üzvləri Seyran Ohanyana bu barədə sual veriblər. Ohanyan isə Ermənistan rəhbərliyinin belə bir planının olmadığını vurğulayıb: "Meğrinin hansısa başqa ərazinin əvəzində Azərbaycana verilməsi ilə bağlı plan olmayıb və ola bilməz".

Amma bununla yanaşı Seyran Ohanyan cəmiyyətdə yayılmış söhbətlərdən xəbərdar olduğunu da bildirib, lakin Ermənistan ordusunun buna heç bir vəchlə razı olmayacağını söyləyib:

"Ermənistanın silahlı qüvvələri torpağımızın hər qarışını müdafiə edir. Belə proqram heç zaman olmayıb və ola bilməz".

Xatırladaq ki, qədim Azərbaycan torpağı olan və 1923-cü ildə Sovetlər tərəfindən Ermənistana verilən Meğri və Qafanın Dağlıq Qarabağ münaqişəsində dəyişmə imkanları bir dəfə də müzakirəyə çıxarılıb. 1990-cı illərin əvvəlində Amerikalı siyasətçi Pol Qobl Azərbaycanla Ermənistan arasında müharibə təhlükəsini aradan qaldırmaq üçün Dağlıq Qarabağın ermənilər yaşayan 4 rayonunun əvəzinə Azərbaycanı anklavı olan Naxçıvanla birləşdirən Meğri və Qafan rayonlarını Azərbaycana verməyi təklif etmişdi. Məsələyə o vaxtı Ermənistan rəhbərliyi razılıq da vermişdi. Lakin kənar güclərin təkidi ilə ermənilər bu fikirdən daşınmışdılar. (ANS)

Tarix
2014.02.06 / 00:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla