Yuxarı

İranda türk dilinin tədrisinə başlanılacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentinin müavini və müşaviri bu məsələdə bir-birinə qarşı çıxdı

İran rejimi Azərbaycan türklərinin ölkə konstitusiyasının 15-ci maddəsinə istinadən ana dilində təhsil almaq hüququnu tanımamaqdan ötrü müxtəlif bəhanələrlə çıxış edir. Ancaq deyəsən, nəhayət, buzlar əriməkdə və 40 milyona yaxın soydaşımızın "Türk dilində mədrəsə olmalıdır hər kəsə!" hayqırtıları öz bəhrəsini verməkdədir.

Belə ki, sonuncu dəfə prezident Həsən Ruhaninin daha bir müavini xanım İlham Əminzadə bu haqda danışıb və ümidverici fikirlər söyləyib. O, anayasanın 15-ci maddəsinin icra ediləcəyini bildirib. İ.Əminzadə, Əlborz vilayətində vəkillərin birinin 15-ci maddə barədə sorğusuna cavabında deyib ki, bu maddə ciddiyyətlə icra ediləcək. Sevindirici hal odur ki, İran rəsmisi bu barədə danışarkən saxta və soydaşlarımızı qəzəbləndirən "azəri" sözündən yox, "İran türkləri" ifadəsindən istifadə edib.

Ancaq türk dilində təhsilə qarşı çıxanların sayı az deyil və onlar bu təşəbbüsü aqressivliklə qarşılamaqdadır. GunAZ.TV-nin xəbərinə görə, bu mövzuda əvvəllər səslənən fikirlərə bir çox İran rəsmiləri, mətbu orqanlar və bəzi millət vəkilləri etiraz edib, qeyri-fars millətlərinin dilində təhsili lazımsız sayıb, qurğu kimi qiymətləndiriblər.

Dini və etnik azınlıqlar üzrə İran prezidentinin müşaviri Əli Yunisi ana dilində təhsili əhəmiyyətsiz məsələ kimi təqdim etməyə çalışıb. O, "Etimad" qəzetinə açıqlamasında deyib: "Bu tələb (ana dilində təhsil) bir intellektual və məhdud tələbdir. Bu ümumi bir istək deyil. Mən özüm də bu tələbi dəstəkləyirəm, lakin anlatmağa çalışıram ki, bu məsələ bir ümumi tələb deyil. Məsələn Təbriz, Kürdüstan və Bəlucistan əhalisinin əsas məsələsi bu deyil (?C.T.). Ona görə ki, onlar ana dilində danışır və milli dildə yazır və təhsil alır. Bu iki məsələni bir-birindən ayırmaq lazımdır: Birisi ana dildə tədris, birisi isə ana dilin tədris. Bu ikisi bir-biri ilə fərqlənir. Hazırda Təhsil Nazirliyi məktəblərdə ana dilin tədrisinə hazırlaşır. Hər kəs istəsə buyursun. Mən indidən deyə bilərəm ki, əgər könüllü xarakter daşıyarsa, tələbələrin sayı az olacaq. Ona görə ki, uşaqlar ana dillərini bilirlər və bir dərsliyin tədrisinə ehtiyacları yoxdur. Həmçinin hazırda bütün vilayətlərdə teleradionun proqramları əsasən ana dilindədir. Lakin rəsmi dil fars dilidir və heç nə bu dilə ziyan vurmamalıdır".

Sözdə mədəniyyətşünas kimi tanınan Həsən Ənvəri də hökumət xəbər agentliklərinin birinə danışarkən deyib ki, "yerli dillərdə təhsil anayasada qeyd olunsa da, bu layihənin icrası İran millətinin məsləhətinə deyil". Fars şovinisti ardınca deyib: "Məncə bu iş, yaxşı iş deyil. Bu iranlıların birliyi, İran milləti və fars dilinə ziyanlıdır. Mən düşünürəm ki, belə bir qərar verilməməlidir. Ona görə ki, fars dili müxtəlif İran qövmlərinin vasitə dilidir və yerli dillərdə təhsil fars dilinə ziyan gətirər".

Tarix
2014.02.05 / 21:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla