Yuxarı

ABŞ Ukraynanı hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər daxili-siyasi münaqişə güc yolu ilə həll edilərsə, ABŞ Ukraynaya iqtisadi və viza sanksiyaları tətbiq edə bilər.

Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett "Qromadske TV"nin (İctimai Televiziya) efirində bildirib.

Diplomat qeyd edib ki, Ukraynada demokratiya uduzarsa, iki tərəfli münasibətlər zərər görər. "Əgər birdən hansısa güc ssenarisi işə düşərsə, məsələn, fövqəladə vəziyyət elan edilərsə, yaxud Maydanı güclə təmizləməyə cəhd edilərsə, bu, bizim tərəfimizdən çox ciddi iqtisadi və viza sanksiyalarına gətirə bilər", - deyə Payett vurğulayıb.

O həmçinin əlavə edib ki, "Avromaydan"da güc işlədilməsinə dəxli olanlara qarşı artıq ABŞ tərəfindən ünvanlı sanksiyalar tətbiq edilib. Payett qeyd edib ki, hadisənin gələcək inkişafı Ukrayna prezidenti Viktor Yanukoviçdən asılıdır.

Ukraynada mitinqlər keçən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyada fasilə götürməsi səbəbindən başlayıb. Etirazçılar paytaxtda güc strukturları ilə toqquşub, müxalifətçilər isə bir neçə vilayət mərkəzini tutublar. Yanvarın 28-də isə hökumət istefaya gedib. (ANS)

Tarix
2014.02.05 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla