Ana səhifə Gündəm |
"Belə hallarda bizim düşməni cəzalandırmaqdan başqa çarəmiz qalmır".
"Axar.az" xəbər verir ki, bu açıqlama ilə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan çıxış edib.
O, Ermənistan tərəfinə Azərbaycanın 20 yanvardan sonra daha çox təyziq etdiyini bildirib. "Azərbaycan tərəfi bizim tərəfimizdən alacağı cavabdan qorxurdu. Bizdə cavablarını verdik. Bundan sonra da belə olacaq. Belə hallarda bizim düşməni cəzalandırmaqdan başqa çarəmiz qalmır. Bu siyasətimiz də davam edəcək". S.Ohanyan həmçinin Azərbaycan tərəfinin cəbhənin təmas xəttində Ermənistana qarşı guya son günlər raketlər və pilotsuz təyyarələrdən istifadə etdiyini də qeyd edib.
Qeyd edək ki, bir müddət öncə Seyran Ohanyan yenə eyni bəyanatla çıxış etmişdi. O, Azərbaycanı cəbhənin təmas xəttində vəziyyəti gərginləşdirməkdə günahlandırmışdı.
Tarix
2014.02.05 / 19:10
|
Müəllif
Axar.az
|