Yuxarı

Suraxanı icra başçısına da xanım müavin gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı rayonlarında icra başçılarının xanım müavinlərinin sayı artıb. Ən son təyinat bir müddət öncə Suraxanı rayonu İcra Hakimiyyətində gerçəkləşib. Belə ki, bu yaxınlaradək Bülbülə qəsəbəsindəki 327 saylı məktəbin direktoru vəzifəsində çalışan Sevinc Hüseynova Suraxanı rayonu İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Sevinc Hüseynovaya 1-ci dərəcəli dövlət qulluqçusu statusu da verilib. Suraxanı rayon İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumata görə, Sevinc Hüseynova dekabr ayının sonlarında bu vəzifəyə gətirilib.

Bununla da Bakıda Bakıda icra başçılarının xanım müavinlərinin sayı 9-a yüksəlib. Binəqədi rayon İcra Hakimiyyətində Aygün Əliyeva, Nəsimi rayon İcra Hakimiyyətində Gülarə Verdiyeva, Xətai rayon İcra Hakimiyyətində Jalə Abdıyeva, Yasamal rayon İcra Hakimiyyətində Sevil Əliyeva, Nizami rayon İcra Hakimiyyətində Gülnaz İsrafilova, Sabunçu Rayon İcra Hakimiyyətində Arzu Məmmədova, Xəzər rayon İcra Hakimiyyətində Lalə Əhmədova, Səbail rayon İcra Hakimiyyətində Xalidə Bayramova icra başçılarının xanım müavinlərdir.

Modern.az saytının məlumatına görə, hazırda Bakı rayonlarından yalnız Qaradağ, Nərimanov və Pirallahı rayon İcra Hakimiyyətlərində müavinlərin heç biri xanım deyil.Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da uzun illərdir xanım müavinlə işləyir. Merin müavinlərindən biri Fidumə Hüseynovadır.
Onu da qeyd edək ki, Prezident Administrasiyası hələ bir müddət öncə hər bir rayonda icra başçısının müavinlərindən birinin qadın olması ilə bağlı göstəriş verib.
Tarix
2014.02.05 / 17:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla