Yuxarı

Sumqayıt müəllimləri küçədə qar təmizləyir – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt müəllimləri şəhər küçələrində qarın təmizlənilməsi işinə cəlb edilib.

"Axar.az" xəbər verir ki, bu barədə informasiya Feysbuk sosial şəbəkəsində paylaşılıb.

Paylaşılan şəkildə bildirilir ki, Sumqayıt şəhər 39 saylı orta məktəbin müəllim heyəti 18-ci mikrorayonda yerləşən "Elmar" marketin qabağını buzdan təmizləyir.

Məsələylə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan məsələ ilə bağlı heç bir məlumata sahib olmadıqlarını və məktəblərlə işləmədiklərini qeyd etdilər:

"Yox, eşitməmişəm. İcra Hakimiyyəti məktəblərlə işləmir, texnikalarla işləyir".

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələsgərov sosial şəbəkələrdə yayılan informasiyaların həqiqəti əks etdirmədiyini dedi:

"Onlar müəllim kollektivi olmayıb. Bu haqda məlumatım yoxdur, bilmirəm. Müəllim kollektivi ora göndərilməyib. Biz müəllimləri qar təmizləmək adıyla şəhərdə heç yerə göndərməmişik. O məlumat yanlışdır. Biz ora adam göndərməmişik".

Tarix
2014.02.05 / 14:35
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla