Yuxarı

“Gülər Əhmədova azadlığa çıxa bilər”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilən sabiq millət vəkili Gülər Əhmədova azadlığa çıxa bilər. Həbsə düşdüyü gündən qan təzyiqindən və digər xəstəliklərdən əziyyət çəkən eks-deputatın indi hər iki ayağının tutulmasını xatırladan vəkil Əfsər Talıbov müvəkkilinin baş ağrılarından şikayətçi olduğunu da deyib.

"Belə olan halda Gülər Əhmədova azadlığa çıxa bilər. Belə ki, qanunla məhkum çox ciddi xəstəlikdən əziyyət çəkərsə məhkəmənin qərarı ilə azadlığa çıxması mümkündür", – deyə Ə.Talıblı Modern.az saytına bildirib.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyir ki, Səhiyyə Nazirliyinin müəyyən etdiyi xəstəliklərin siyahısı var. Həmin siyahıda olan xəstəliyə tutulmuş şəxs cəzadan azad edilə bilər.

"Elə xəstəliklər var ki, sağalmaz sayılır və çox ağır xəstəliklər siyahısına daxildir. Bu siyahı açıq siyahıdır. Məsələn bura xərçəngin ağır forması və s. daxildir. Bunun üçün həkim komissiyası yaradılır. Komissiya rəy hazırlayır və məhkumun daşıdığı xəstəliklərin siyahısını tərtib edir. Son rəyə uyğun olaraq qərar qəbul olunur. Qoyulan diaqnozla Səhiyyə Nazirliyinin tərtib etdiyi siyahısındakı xəstəliklər üst-üstə düşərsə o zaman məsuliyyətdən azad oluna bilər. Təbii ki, xəstəliyin adları uyğun gələ bilər amma onun növləri də müxtəlif olur. Yəni diaqnoz siyahıdakı xəstəliklə uyğunlaşarsa o zaman məhkumun azad olunması mümkündür".

Ə.Nuriyevin sözlərinə görə, tibbi komissiyanın rəyinə əsasən və məhkəmənin qərarına uyğun olaraq məhkum xəstəliyinə görə cəzadan azad edilir.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən ilin fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilərək 3 il müddətində azadlıqdan məhrum edilib.

Tarix
2014.02.05 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla