Yuxarı

“Toy” və onun “gecə”si söhbəti

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV kanalında yer alan "Toy gecəsi"nin adı orta statistik azərbaycanlı üçün cazib səslənir. Nədən ki, mentallığımızda toy mərasimi az qala ritualdır. Və bizim üçün "toy" bu sözün sərhədlərini aşaraq daha geniş anlam daşıyır, toplumda lazım olduğundan önəmli yer tutur. Üstəlik, hələ "toy" sözünün yanına "gecə" sözü əlavə olunduğundan bu, ikiqat maraq doğurur.

Bu mənada serialın yayımlandığı ilk həftələrdə reytinqinin yüksək olması təsadüfi deyildi. Kütləvi mədəniyyətin tanınmış simalarından, meyxanaçı Namiq Qaraçuxurlunun baş rollardan birini oynaması da reytinqin artmasına sözsüz ki, təsirini göstərmişdi.

Serialın süjeti haqda:

İki zəngin ailənin övladı evlənir. Toy gecəsi bəy öldürülür, gəlin evdən qaçır, zorlanır. Və gəlini ölümdən xilas edən başqa bir zənginin oğlu nahaq yerə həbs olunur.

Müəlliflər (ssenarist Samir Sədaqətoğlu, rejissor Yaşar Əhmədov) ənənəvi serial klişelerindən istifadə edib: maddi maraqlar səbəbindən ailədaxili konfliktlər meydana çıxır, daha sonra ortaya intiqam məsələsi atılır, zorlanan gəlin gözlənildiyi kimi öz xilaskarına vurulur və s.

"Toy gecəsi" janrların qarışığı üzərində qurulub: kriminal, dram, melodram.

Amma elə ilk bölümdə bir neçə dəqiqə ərzində 3-4 cinayət hadisəsi baş verir. Hətta janrı sırf kriminal olan teleseriallarda belə birdən-birə bu qədər cinayət hadisəsi ortaya atılmır.

Bir qayda olaraq, melodram, dram elementlərinin istifadə edildiyi seriallarda təhkiyə ləng tempdə gedir, düyünlər tədrciən açılır. Yəni tamaşaçı serial izləyəndə heç də tam "qara hadisələrlə" yüklənməməlidir, heç olmasa, ara-sıra süjet xəttində bir az yüngül, komik durumların, xarakterlərin olması zəruri idi.

İlk bölümdə bəy (Elxan Rza) öldürlülür və bəyin anasını ifa edən aktrisa Firəngiz Babayeva oğul itkisini yaşayan ananın ağırısını verə bilmir, hətta gözlərindən yaş güclə çıxır.

Azərbycanda dublyaj sektorunun peşəkar aktyorlarından biri, bəyin atası rolunu oynayn Eldəniz Rəsulovun da personajı qətli sanki gözləyirmiş kimi görünür. Yəni, kəsəsi, faciənin ekran həlli alınmayıb.

İstənilən audiovizaul əsərdə, təkcə əsas və ikinci plandakı aktyorlar yox, epizodlardakı ifaçılar da vacib rol oynayır.

Məsələn, iki cinayət hadisəsi baş verir. Hadisə yerinə gələn iki siravi polis (niyəsə müstəntiq, istintaq qrupu yox, məhz sıravi polislər) və həkim baş verənlərə süst, biganə reaksiya verir. Yəni bu vəziyyətdə onlar obrazı yaratmır, sadəcə, rejissorun göstərişlərini icra edirlər. Belə oxşar hallar sonrakı səhnələrdə də təkrarlanır.

Dünya serial sektorunda tanınan, geniş seyrçi auditoriyasına malik müğənniyə, modelə (bizdə bu, mentallığımıza uyğun olaraq, təbii ki, meyxanaçıdır) baş rolun həvalə edilməsi çox işlənmiş prodüser fəndidir.

Sadəcə, N.Qaraçuxurlu rolunun öhdəsindən gələ bilmir.

Naturaca Namiq yumşaq, mülayim təsir bağışlayır. Murad obrazının tələb etdiyi xarizmanı, güclü xarakteri, özünəinamı ifadə etməyi bacarmır və bütün vəziyyətlərdə emosiyasız, statikdir. Məsələn, ən dramatik situasiyada belə əsəbi səslə bağırsa da, üzündə yumşaq, vecsiz ifadə dolaşır. Gərgin vəziyyətlərdə o qədər romantik, kövrək baxır ki, adam az qalır, ekrana daxil olub çəkiliş prosesinə müdaxilə eləsin: "Namiq, bu, romantik-lirik klip yox, serialdır".

Rejissor Rovşən İsaxın ekranlaşdırdığı "Pərvanələrin rəqsi" serialı sayəsində daha geniş auditoriyada tanınan,

Gəncə Dövlət Teatrının aktrisası Pərvanə Qurbanova "Toy gecəsi"ndə Mələk rolunu ifa edir. Fəqət, onun serialdakı obrazı eynilə "Pərvanələrin rəqsi"ndəki Yaqut obrazının təkrarıdır: intonasiya, jest, mimika, baxışlar, hərəkətlər və s.

Ümumiyyətlə, çox personajların plastik (plastika hərəkət və jestlərin ümumi harmoniysı) həlli yoxdur.

Hərçənd, məsələn, Mehriban Xanlarovaya bunu şamil etmək olmaz. Aktrisa Cahan obrazının fitnəkar, ambisiyalı xarakterini təqdim etməyi bacarır.

Gənc aktrisa Dəniz Tacəddin (xatırladım ki, "Cavid ömrü" filmində Turan rolunun ifaçısı olub) Səbinə obrazının ruhi vəziyyətini, yaşantılarını səmimi, təbii ifa edir. Hiss olunur ki, sadəlik, səmimiyyət elə onun gerçək təbiətinə uyğundur. Ona görə də bu aktrisanın real potensialının fərqli amplualarda oynayacağı rollardan bəlli

olacağını düşünürəm.

Teleseriallarımızın əsas problemlərindən biri səhnə mizanlarının uyumsuzluğudur. Hər hansı bir səhnədə aktyorlar sanki harda necə dayanmağın, nə etməyin çətinliyini yaşayırlar. Bir epizodda adamı maşın vurur, hadisə yerinə gələn polis əlləri qoyununda kirimişcə dayanır. Bəzi səhnələrdə hərəkətsizlikdən xilas olamq üçün fasiləsiz çay içirlər.

Başqa bir problem isə qrimdir. Muradın nişanlısı (Aviya Paşazadə) depressiyadadır, xəstəxanaya düşür, amma makiyajı göz qamaşdırır.

Görünür, qeyd etdiyim peşəkarlıq məsələləri həllini tapmadığndan "Toy gecəsi" sonradan reytinqdə bir neçə pillə gerilədi.

Tarix
2014.02.05 / 13:59
Müəllif
Sevda Sultanova
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla