Yuxarı

Əli qana batan azarkeşə ömürlük cəza

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fənərbaxça" azarkeşlərinin UEFA-nın klub haqqında çıxardığı qərara etiraz məqsədi ilə təşkil edilən mitinqdə 1 tərəfdarı öldürüb, 3–nü yaralayan Batuhan Özdemirə cəza tətbiq edilib.

"Axar.az" xəbər verir ki, prokuror tərəfdara ömürlük həbs cəzası istəyib.

İddianamədə şübhəli Batuhan Özdəmirin yürüşə 20-25 nəfərlik bir qrupla qatıldığı bildirilib. Həmçinin dünyasını dəyişən Kadir Ökçesizin də, zərərçəkmiş Cenk Eroğlunun da, aralarında olduğu 40-45 nəfərlik bir qrupla yürüşə qatıldığı vurğulanıb.

Bundan əlavə, mitinqdə Özdəmirin qrupunun "Gəzi parkı" hadisələri ilə bağlı hökumət əleyhinə şüar səsləndirməsinə zərərçəkmiş Cenk Eroğlu təpki göstərib. Belə ki, zərərçəkmiş etiraz yürüşünün siyasi olmadığını, sadəcə "Fənərbaxça" lehinə şüar səsləndirilməli olduğunu deyib.

Mübahisə əsnasında Özdəmir bıçaqla Eroğlunu vurmağa başlayıb və zərərçəkmişin qrupundan olan Kadir Ökçesiz, Özkan Eroğlu və Baran Aykan hadisəyə müdaxilə etmək istəyib.

İddia əsasında Batuhan Özdəmirin Kadir Ökçesizi qəsdən öldürdüyünə görə ömürlük həbs, Cenk Eroğlu, Özkan Eroğlu və Baran Aykeni də qəsdən yaraladığı üçün 18 ilə qədər həbslə cəzalandırılması tələb edilib.

Tarix
2014.02.05 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla