Yuxarı

Krım Türkiyəyə qaytarılacaqmı? – Ekspert rəyləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün bundan əvvəl mətbuatda belə xəbərlər yayılmışdı ki, Krımdakı Rusiya tərəfdarı olan hökumət Kiyevdəki son hadisələrə görə bir aydır ki, "qərblilər paytaxt Kiyevi ələ keçirsə, biz ayrılacağıq" deyir.

Eyni zamanda, Rusiya və Avropa mətbuatı da belə açıqlamalar verirdi.

Bu açıqlamalardan sonra Krımın Ukraynadan ayrılıb Türkiyənin tərkibinə keçməsi məsələsi gündəmə gəldi. Bu məsələ ilə əlaqədar Azərbaycan tarixçilərinin fikrini öyrənməyə çalışdıq. Tarix elmləri namizədi, BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti Altay Göyüşov məsələyə münasibət bildirərək "Axar.az"a belə dedi:

"Ukraynanın parçalanma ehtimalı var, amma mən Krımın Türkiyəyə verilməsi variantını görmürəm. Bu, köhnə söhbətdi, amma mümkün olan iş deyil".

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin dosenti Vasif Qafarov bildirdi ki, Krımı Xruşşov Ukraynaya hədiyyə edib:

"Krım 1783-cü ildə Osmanlı dövləti tərəfindən Rusiyaya öz-özünə verilməyib, zorla və mərhələli şəkildə Rusiya tərəfindən alınıb. Ukrayna 1654-də Rusiyaya birləşdirilmişdi, XX əsrin 50-ci illərində SSRİ-yə rəhbərlik edən N.Xruşşov özü ukrayn idi və Ukraynaya xüsusi simpatiyasını da gizlətmirdi. Məhz onun dövründə Ukraynanın Rusiyaya birləşdirilməsinin 300 illiyi təntənəli şəkildə qeyd olundu və bu münasibətlə Rusiya (Xruşşov) Krımı Ukraynaya hədiyyə etdi. Təsadüfi deyildi ki, Yuşşenkonun hakimiyyəti dövründə Ukrayna NATO-ya üz tutanda V.Putin açıq şəkildə bildirdi ki, əgər Ukrayna NATO-ya üzv olarsa, Rusiya 1950-ci illərdə Ukraynaya hədiyyə etdiyi Krımı geri qaytaracaq. Ukraynanın dağılması, bölünməsi, Krımın Rusiyaya və ya Türkiyəyə qaytarılması kimi söz-söhbətlər müəyyən dairələrə təsir mexanizmi kimi ortaya atılıb və reallıqdan uzaq fikirlərdir".

Tarix
2014.02.05 / 13:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla