Yuxarı

Suriyada daha üç azərbaycanlı döyüşçü öldürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada daha üç Azərbaycan vətəndaşı öldürülüb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, "Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan daha üç azərbaycanlı hökumət qüvvələri tərəfindən öldürülüb.

Mücahidlər həmin şəxslərin fotolarını da yayıblar.

Öldürülən azərbaycanlılardan ikisinin kimliyi açıqlanmasa da, digərinin adının Urfan olduğu bildirilir. Məlumata görə, Urfanın daha bir qardaşı isə bir neçə il əvvəl Əfqanıstanda öldürülüb.


Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Tarix
2014.02.05 / 12:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla