Yuxarı

Zakir Sadatlının ölümündən bir il ötür – “Salam, baça”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Z.Sadatlı keçən ilin bu günü – fevralın 5-ində uzun sürən ağır xəstəlikdən sonra 52 yaşında vəfat etmişdi.

"Axar.az" Zakir Sadatlının Mahmud Kaşğarinin 1000 illiyi çərçivəsində YUNESKO-nun 2008-ci ildə 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olan və alman, ərəb, qazax, rus, tatar, türk dillərində nəşr edilən "Salam Baça" hekayəsini təqdim edir.

Ruhu şad olsun!

Za­kir Sa­dat­lı

SALAM, BAÇA!

"Sa­lam, ba­ça!.."

Bu sə­si eşi­dən­də, əv­vəl­cə elə bil­dim yu­xu gö­rü­rəm.

"…Sa­lam, ba­ça!"

Son­ra gör­düm yox. Uzaq­la­rın çöl­lü-bi­ya­ba­nı­nın yu­xu­la­rın­dan gə­lən ha­ra­yı­dı bu səs. Biz ha­mı­mız - or­du­muz, əs­gə­ri­miz, çö­rə­yi­miz, qum­qu­ma­mız o yu­xu­ya qərq olub. Biz bu­ra­lar­da yo­xuq, ora­lar­da qal­mı­şıq.

"Sa­lam, ba­ça!.."

…On il idi ki, on il uza­nan mü­ha­ri­bə çı­xıb get­miş­di. Da­va­nın ad gü­nü­nü - 10 ya­şı­nı, özü­nün iş­ti­ra­kı ol­ma­dan "ya­xın" və "doğ­ma­la­rı" qeyd edir­di. Hə­min mü­ha­ri­bə özü bu mən­zə­rə­ni gör­səy­di gül­mək­dən uğu­nub ge­dər­di. Bu məc­li­sin qo­naq­la­rı qor­xu­nun, hə­yə­ca­nın, ölüm-iti­min acı şər­bə­ti­ni şi­rin mey ki­mi baş­la­rı­na çə­kir­di elə bil.

Ha­mı qəh­rə­man­lıq­dan da­nı­şır­dı, igid­lik­dən dəm vu­rur­du.
Ha­mı sə­da­qət­liy­di.

O şey­lər ki, haq­qın­da sən­gər­də da­nış­maq ol­maz­dı - onun haq­qın­da səh­nə­də, te­le­vi­zi­ya ek­ra­nın­da da­nı­şır­dı­lar.

Ha­mı da­nı­şır­dı…

…Son­ra səh­nə­nin ya­rım­qa­ran­lıq kün­cün­də əs­gər ge­yim­li or­ta yaş­lı bir ki­şi gi­ta­ra­nı si­nə­si­nə sı­xıb rus di­lin­də oxu­ma­ğa baş­la­dı:

"Sa­lam, ba­ça!.."

E­lə bil­dim tır­tıl­lar ye­ri­di, gün kü­rə­yi­mi­zi yan­dır­dı, bur­nu­mu qan qo­xu­su deş­di. Bir si­qa­ret… bir qur­tum su… qu­la­ğı­mın di­bin­dən vı­yıl­da­yıb ke­çən gül­lə­lə­rin qaq­qıl­tı­sı…

Qə­dim tor­paq… mü­qəd­dəs tor­paq… cən­nət­dən qo­vu­lub cə­hən­nə­mə düş­müş tor­paq. Bur­da aləm bir-bi­ri­nə qa­rı­şıb.

Mə­lək ki­mi adam­lar… şey­tan ki­mi adam­lar…

Əş­şi, bir də sə­nin­çün nə fər­qi. Bur­da heç kəs sə­nin di­lin­də da­nış­maq is­tə­mir, am­ma si­lah­la­rın söz­lü­yü­nü ha­mı əz­bər­dən bi­lir, ən in­cə mət­ləb­lə­ri də ye­ri gəl­di-gəl­mə­di ölü­mün di­li­nə tər­cü­mə et­mək is­tə­yir…

"Sa­lam, ba­ça!.."

Bəs bu nə mö­cü­zə­di? On il son­ra sə­nin sə­sin di­ri­lib­mi, sə­nin di­lin baş­qa bir mil­lə­tin do­da­ğın­da ayı­lıb­mı? Ni­yə bu "əf­qan əs­gər­"in ru­hu yor­ğun kə­pə­nək ki­mi sə­nin or­du­lar aşa bil­mə­yən dağ­la­rın­dan ke­çib, va­di­lə­ri­ni ad­la­yıb ba­la­ca bir oğ­lan uşa­ğı­nın - "ba­ça"­nın, ca­dar-ca­dar ol­muş əl­lə­ri­nin üs­tü­nə qon­maq is­tə­yir: "Sa­lam, ba­ça! Ti­kan­lı əl­lə­ri­ni ver mə­nə, qo­yum ürə­yi­min üs­tü­nə, kök­sü­mə sı­xım!.."

"Əf­qan əs­gər" səh­nə­də na­lə çə­kir: "Ey xa­ra­ba qoy­du­ğum oy­laq­lar, vi­ran elə­di­yim şə­hər­lər, ke­fi­niz ne­cə­dir? Ey ölü­mün şə­lə­si­ni ba­la­ca çi­yin­lə­ri­nə qal­dı­ra bil­mə­yən ba­ça! Sən in­di ne­cə ya­şa­yır­san?!"

Ha­yıf ki, o uzaq pay­tax­tın te­le­vi­zi­ya­sı­nın ya­rım­qa­ran­lıq səh­nə­sin­də ürə­yi­nin qa­bı­ğı­nı so­yan "əf­qan əs­gər­"ə əlim çat­mır. Çat­say­dı de­yər­dim ki, o ölü­mün ün­va­nı­na gön­dər­di­yin sev­gi mək­tu­bun­da mə­nim də is­ma­rı­cı­mı yol­la. De ki:

Sa­lam, Fə­rah!
Sa­lam, Şin­dand!
Sa­lam, Qən­da­har!
Sa­lam, He­rat!..
Sa­lam, Əs­gər Məm­mə­dəs­gə­ri!..

***

Hə­mi­şə Əf­qa­nıs­tan adı­nı eşi­dən­də gö­zü­mün qa­ba­ğı­na bi­rin­ci He­rat gə­lir. Son­ra o qə­dim və sehr­li şə­hə­rin gö­zü­mə çək­di­yim do­nuq şə­kil­lə­ri ara­sın­dan tə­ləm-tə­lə­sik ca­van bir adam mə­zar­dan di­kə­lir­miş ki­mi boy ve­rib qal­xır. Xey­li mad­dım-mad­dım üzü­mə ba­xıb gü­lüm­sə­yir. Nur­lu si­fə­tin­də - ba­xıb ağ­la­ma­lı kə­fən işı­ğı; məz­lum ba­xış­la­rın­da - yon­ca yar­pa­ğın­da bar­daş qu­ran şeh yal­va­rı­şı…

A­dı - Əs­gər
So­ya­dı - Məm­mə­dəs­gə­ri.

Mən soy­da­şı­mız Əs­gər­lə əs­gər olan­da He­rat­da rast­laş­dım. O gün­dən bu gü­nə ki­mi ha­ra­da bir qə­rib soy­da­şı­mız­la ta­pı­şı­rıq­sa, müt­ləq Əs­gər Məm­mə­dəs­gə­ri­ni onun böy­rün­də gö­rü­rəm…

Lə­nət şey­ta­na. Biz onun­la gö­rü­şən­də ba­har idi. Am­ma o vaxt­dan so­yuq qış gün­lə­ri qar­lı bu­daq­lar­da bü­zü­şüb ci­vil­də­şən an­dı­ra qal­mış sər­çə­lə­rə ba­xan­da da elə bi­li­rəm o in­sa­nın ru­hu­dur - qa­nad­la­nıb gə­lib bu tə­rəf­lə­rə…

… 80-ci il­lə­rin ya­zın­da Əf­qa­nıs­ta­nın si­lah­lı qüv­və­lə­ri He­rat­da dö­yüş əmə­liy­yat­la­rı ke­çir­mə­li idi. 5-ci di­vi­zi­ya­nın ay­rı-ay­rı hər­bi his­sə­lə­rin­dən çox­lu can­lı qüv­və, avia­si­ya, ar­til­le­ri­ya, ze­nit və tank alay­la­rı ilə bir­lik­də bi­zim kəş­fiy­yat ta­bo­ru­nun "Saq­qal­lı­lar" və "Mü­səl­man" dö­yüş qrup­la­rı da əmə­liy­ya­ta cəlb olun­muş­du. Əs­lin­də, zə­if və ba­şı­po­zuq əf­qan or­du­su­nun özün­dən qat-qat güc­lü, hər­tə­rəf­li si­lah­lan­mış, təc­rü­bə­li və ce­vik mü­ca­hid dəs­tə­lə­ri ilə vu­ruş­da nə­yə­sə na­il ola­ca­ğı "hər­bi za­ra­fat"­dan baş­qa bir şey de­yil­di. Tə­bii ki, ağır­lı­ğı so­vet dö­yüş­çü­lə­ri ye­nə də öz üzə­ri­nə gö­tür­mə­liy­di.

O gün "Xalq or­du­su" ad­la­nan əf­qan kö­nül­lü­lə­ri də bi­zə qo­şul­muş­du.

Ə­mə­liy­ya­tın baş­la­na­ca­ğı vaxt məx­fi sax­la­nı­lır­dı.
Hə­lə qüv­və­lər He­rat şə­hə­ri­nin cə­nub tə­rə­fin­də səh­ra­ya to­par­la­nır­dı. Adam­lar bir-bi­ri­nə qa­rış­mış­dı. Mül­ki ge­yim­li əf­qan kö­nül­lü­lə­ri bi­zim hər­bi tex­ni­ka­ya bö­yük ma­raq­la ba­xır, əs­gər və za­bit­lə­rə xü­su­si bir doğ­ma­lıq gös­tə­rir­di­lər. Bu meh­ri­ban­lı­ğın da­va­mı ki­mi, az son­ra so­vet əs­gər­lə­ri ilə əf­qan kö­nül­lü­lə­ri ara­sın­da əməl­li-baş­lı xəl­və­ti ba­zar söv­də­ləş­mə­lə­ri baş­lan­dı.

On­lar bi­zə dır­naq­tu­tan, saq­qız, kiş­miş və təs­beh "bəx­şiş" ve­rir­di­lər. Əvə­zin­də biz­dən sı­rıq­lı, də­mir qab-qa­şıq, is­ti ayaq­qa­bı, pri­mus və pa­paq ki­mi "hə­diy­yə­lər" alır­dı­lar.

Tər­cü­mə­çi­lə­rin ya­xa­sı əl­lər­də qal­mış­dı. Hə­rə on­la­rı bir tə­rə­fə dar­tış­dı­rır­dı. Ət­raf­da ağız de­yə­ni qu­laq eşit­mir­di. Müx­tə­lif dil­lər­də da­nı­şan adam­lar bir-bi­ri­ni ba­şa düş­mə­yə can atır­dı­lar. Bu "vur­çat­la­sın"­da tər­cü­mə­çi qıt­lı­ğı ya­ran­mış­dı.
Dos­tum Ba­kir Qəm­bə­rov­la iki­miz PDM-in köl­gə­sin­də otu­rub öz di­li­miz­də söh­bət elə­yə-elə­yə çö­rək ye­yir­dik… za­ra­fat­la­şır­dıq…

Ba­ki­rin at­ma­ca­la­rı, ba­mə­zə söh­bət­lə­ri xey­li uzan­dı. O, adə­ti üz­rə "Vağ­za­lı" ha­va­sı üs­tə bir az fit çal­dı. Ya­dı­na dü­şən mah­nı­lar­dan do­da­qal­tı züm­zü­mə elə­di.

Ət­raf­da heç kəs bir-bi­ri­nə fi­kir ver­mir­di. Elə bil ha­mı öz da­xi­li hüc­rə­si­nə çə­kil­miş­di. Sə­hər­dən ora-bu­ra vur­nu­xan kö­nül­lü­lə­rin də hay-kü­yü sən­gi­miş­di. Bir də gör­düm böy­rü­müz­də­ki mül­ki ge­yim­li əf­qan­lar­dan bi­ri ye­rin­dən sıç­ra­yıb tər­cü­mə­çi­miz Şə­ri­fo­va tə­rəf şı­ğı­dı. Ba­kir­lə mə­nə ba­xa-ba­xa ona nə­sə de­di. Qey­ri-ix­ti­ya­ri ola­raq ya­dı­ma düş­dü ki, 30-35 yaş­lı bu ca­van oğ­lan ba­yaq­dan bi­zim yan-yö­rə­miz­dən əl çək­mir. Böy­rü­müz­də otu­rub lal-din­məz bi­zə qu­laq asır.

Tə­bii ki, bü­tün qar­ma­qa­rı­şıq­lıq­lar­da ol­du­ğu ki­mi bun­la­rı tə­sa­dü­fün si­fa­ri­şi bi­lib, biz də ona əhə­miy­yət ver­mə­miş­dik.

… O, tər­cü­mə­çi­nin qo­lun­dan tu­tub as­ta-as­ta bi­zə ya­xın­la­şır­dı. Ba­kir­lə mən təəc­cüb­lə bir-bi­ri­mi­zin üzü­nə bax­dıq: "Gö­rən nə olub?"

Qa­baq-qən­şər da­yan­mış­dıq.

O, puş­tu­ca Şə­ri­fo­va ye­nə də nə­sə de­yib sus­du. Tər­cü­mə­çi bo­ğa­zı­nı arıt­la­yıb "xub…­xub…" de­yib ba­şı ilə təs­diq­lə­di. Və gü­lə-gü­lə rus di­lin­də biz­dən so­ruş­du:

- Ba­şa dü­şür­süz o, nə de­yir?

- Əl­bət­tə, yox, - mən dil­lən­dim.

- Ba­yaq­dan si­zin söh­bə­ti­ni­zə qu­laq asır­mış. De­yir, mən də azər­bay­can­lı­yam. Azər­bay­can di­li­ni bil­mə­di­yi­nə gö­rə siz­dən heç nə so­ru­şa bil­mə­yib. İn­di is­tə­yir ki, si­zin­lə ya­xın­dan ta­nış ol­sun.

- Bəs o, har­dan bi­lib ki, biz azər­bay­can­lı­yıq?

Dil­manc tər­cü­mə elə­di. Və on­dan ağ­la­gəl­məz bir ca­vab al­dıq:
- Elə şi­rin da­nı­şır­dı­lar ki… Ürə­yim ye­rin­dən oy­na­dı… Öm­rüm­də bir də­fə uşaq olan­da bu di­li eşit­miş­dim…

Biz hey­rət­lə bir-bi­ri­mi­zə bax­dıq. Onun üzün­dən - mü­ha­ri­bə­nin qar­sı­dıb qo­par­dı­ğı rəng­lə­rin için­dən, bir uşaq saf­lı­ğı boy­la­nır­dı. An­la­ya bil­mir­dik - bu ya­za, bu He­rat çöl­lə­ri­nə, bu mü­ha­ri­bə­nin içi­nə bu za­val­lı uşaq ha­ra­dan gə­lib çıx­dı…

- Bir­cə də­fə ba­bam da­nı­şıb bu dil­də. Ölü­mün­dən bir gün qa­baq…­Və­siy­yət elə­di, ha­mı­mız­la vi­da­laş­dı. Son­ra de­di ki, atı­mı gə­ti­rin. Gə­tir­dik. O, atın boy­nu­nu qu­caq­la­yıb ağ­la­dı. Ha­mı­mız mat-məət­təl qal­mış­dıq. Heç vaxt eşit­mə­di­yi­miz bir dil­də o atıy­la ha­lal­la­şır­dı­…On­da mə­nim uşaq ağ­lım elə kəs­di ki, ba­bam ölüm olan ye­rə yox, baş­qa bir di­lin ol­du­ğu ye­rə sə­fə­rə ge­dir…

…Mən ya­vaş-ya­vaş sar­sı­lır­dım. Bur­da - bu bom­boz He­rat çö­lün­də, PDM-in köl­gə­sin­də Ba­ki­rə bax­dım və özü­mü gör­düm. Hər gün za­ra­fat elə­yib, de­yib-gül­dü­yü­müz bu dil­də bi­zi hifz elə­yən nə­sə var­mış. O dil bu­ra­da de­yil - uzaq­lar­da­dı. Bu­ra­lar­da qa­lan isə atı­nın boy­nu­nu qu­caq­la­yıb ha­lal­la­şan ki­şi­nin ana di­lin­də­ki qə­rib dua­sı­dır…

- Ba­ba­mın son nə­fə­siy­di. Mən isə uşaq hə­və­si­mi sax­la­ya bil­mir­dim. Elə fi­kir­lə­şir­dim ki, onun bü­tün öm­rü uzu­nu giz­lə­dib sax­la­dı­ğı sehr­li bir müc­rü əli­miz­dən çı­xa­caq. Heç ol­ma­sa ora­da nə giz­lət­di­yi­ni so­ru­şum. O, ağır-ağır nə­fəs ala-ala bir ne­çə söz pı­çıl­da­dı: "Təb­riz…­Ba­di-ku­bə… Gən­cə­…Ər­də­bil…"

…Al­lah da­dı­na çat­sın ta­cik Şə­ri­fo­vun, bi­zi naü­mid qoy­mur­du. Düz­dü, onun əsas və­zi­fə­si mü­ha­ri­bə­nin di­li­ni bi­zə tər­cü­mə elə­mək­di. Am­ma… Bu va­di­lə­rin, çöl­lə­rin, dağ­la­rın için­də ya­tan bam­baş­qa bir hik­mət­lə ara­mız­da ara­çı­lıq elə­yir­di.

Hey­rət­lə üzü­mü­zə ba­xır­dı Əs­gər Məm­mə­dəs­gə­ri. Tap­dı­ğı­nı itir­mək­dən qor­xan uşaq ki­mi təş­viş və hə­yə­can için­də bi­zi bağ­rı­na ba­sıb qoy­nun­da giz­lət­mək is­tə­yir­di elə bil…

Və bir­dən o, göy üzü ki­mi hön­kür­dü. Qol­la­rı­nı açıb Ba­kir­lə mə­nim boy­nu­ma sa­rıl­dı.

Am­ma bu mən­zə­rə­də tər­cü­mə­yə və tər­cü­mə­çi­yə yer yox idi.

Mən elə or­da - bu mən­zə­rə­nin için­də an­la­dım ki, bu da­va­nın bi­zim­lə heç bir bağ­lı­lı­ğı yox­du. Bur­da an­caq fə­lə­yin oyu­nu var. Bəs on­da bi­zi ni­yə bu oyu­nun içi­nə atıb. Öz-özü­mə de­yi­rəm ki, heç bir su­al ver­mə. Bəl­kə elə bü­tün bu ba­şı­mı­za gə­lən­lər də, elə bu mü­ha­ri­bə də, mə­ni ni­şan­ga­ha gö­tü­rən, mə­nim gül­lə­mə tuş gə­lən­lər də, He­rat çö­lü­nün özü də qə­za­vü-qə­də­rin bə­ha­nə­si­dir. Bəs məq­səd nəy­di?..

Bəl­kə el­dən qı­rı­lıb düş­müş və bu di­yar­da yi­yə­siz ruh­lar ki­mi sər­gər­dan gə­zən qə­rib soy­da­şı­mı­zın dua­sı­na sa­hib çıx­maq?

Bəl­kə Keç­miş və Gə­lə­cə­yin za­man ad­lı ila­hi kod­la­rı­nın iza­hı­nı rə­qəm­lər de­yil, ha­di­sə­lər giz­lə­dir...

Və bir­dən ya­dı­ma düş­dü ki, mən beş ay əv­vəl sübh ça­ğı He­ra­tı ilk də­fə gö­rən­də hey­rə­tim­dən dil-do­da­ğım tə­pi­miş­di, ov­sun­lan­mış­dım. Nə vaxt­sa bur­da do­ğul­du­ğu­mu, ha­çan­sa bur­da öl­dü­yü­mü xa­tır­la­maq niy­yə­tim ha­sil ol­ma­mış­dı.

…O­nun­la bir­lik­də şə­kil çək­dir­dik. Çö­rək ye­dik. Əs­gər o gün öz "kö­nül­lü­lər­"i­nin hən­də­və­ri­nə be­lə hər­lən­mə­di, on­la­ra gö­zü­nün ucuy­la be­lə bax­ma­dı.
Ax­şa­ma ya­xın biz ona de­dik ki, çı­xıb evi­nə get­sin. O, əv­vəl­cə ra­zı­laş­ma­dı.

Son­ra:
- Bir­cə şərt­lə ge­də­rəm, - de­di - si­zi də özüm­lə apa­rım, heç ol­ma­sa, bir ge­cə­lik qo­na­ğım olun.

Biz hərb­çi ki­mi əm­rə ta­be ol­du­ğu­mu­zu, ix­ti­ya­rı­mı­zın öz əli­miz­də ol­ma­dı­ğı­nı ona ba­şa sal­dıq…

Əs­gər Məm­mə­dəs­gə­ri­yə xey­li tə­kid elə­dik, yal­var­dıq ki, für­sət var­kən evi­nə qa­yıt­sın. O xey­li dü­şün­dü və:
- Yax­şı, ge­də­rəm, - de­di - Sa­bah tez­dən müt­ləq si­zə çay-çö­rək gə­ti­rib gə­lə­cə­yəm…

Gö­rü­şüb ay­rıl­dıq.

…Biz sə­hə­rə qal­ma­dıq. Ge­cə­ya­rı­sı bi­zi yu­xu­dan qal­dır­dı­lar. Üzü Bə­dəx­şan dağ­la­rı­na tə­rəf dö­yü­şə get­dik…

Gör e, gör ne­çə il­di Əs­gə­rin Ba­kir­lə mə­nə gə­tir­di­yi çö­rək - hey­bə­sin­də, qar­daş ha­ra­yı - di­lin­də, He­rat çöl­lə­rin­də di­va­nə ruh­lar ki­mi bi­zi ax­ta­rır.
Yə­qin in­di­yə ki­mi saç-saq­qa­lı ağar­mış olar…

Tarix
2014.02.05 / 12:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla