Yuxarı

Səlim Müslümov əlil gənclər üçün kurslar açır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud gənclər üçün peşə hazırlığı kurslarının təşkilinə başlayıb.

Bu haqda Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Axar.az"a daxil olan məlumatda deyilir.

Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasının təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14) peşə hazırlığı kurslarının təşkilinə başlanılıb.

Mərkəzdə 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompüter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə hazırlıq kurslarına ümumilikdə 200 nəfərədək sağlamlıq imkanları məhdud gənc cəlb ediləcək. İki, üç və ya altı aylıq kursları bitirdikdən sonra həmin gənclər qeyd olunan peşələrdə özünüməşğulluq imkanlarına yiyələnəcək, həmçinin onların yeni qazandıqları peşələr üzrə məşğulluğunun təmin olunması üçün Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq işlər görüləcək.

Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı bölgələrdən gəlmiş əlillərin qalması üçün 53 otaqdan ibarət yataqxana, habelə onların tibbi xidmətlə təmin olunması üçün tibbi korpus fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş 188 yerlik müəssisədə yeməkxana və kommunal xidmət korpusları, idman zalı, eləcə də stolüstü idman və trenajor zalları və s. də yaradılıb.

İl ərzində 800 nəfərdən çox əlilliyi olan şəxsin mərkəzdə peşə hazırlığına cəlb olunması nəzərdə tutulur.

Tarix
2014.02.05 / 11:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla