Yuxarı

Azərbaycanda terror hədələrinə qarşı əməliyyatlar başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Azərbaycana qarşı davamlı terror hədələri, radikal dini qrupların fəallaşması, Suriyaya döyüşməyə gedən azərbaycanlıların sayının artması ilə bağlı xəbərlər ölkənin müvafiq rəsmi qurumlarını hərəkətə gətirib.

"Meşə Qardaşları", "Ceyşullah" kimi radikal silahlı qrupların adından yayılan açıq təhdid bəyanatları Azərbaycanın təhlükəsizliyi baxımından çox ziyanlı sayılır və ölkənin rəsmi qurumları hesab edirlər ki, bu cür bəyanatlarla insanlar arasında xof, təşviş yaratmaq, eləcə də hüquq-mühafizə orqanlarının nüfuzuna zərbə vurmaq məqsədi güdülür.

Eyni zamanda adıçəkilən təşkilatların əvvəllər Azərbaycanda terrorçuluq fəaliyyətlərinin olması və qətllər törətməsi hüquq-mühafizə orqanlarının yenidən fəallaşan bu radikal silahlı qruplarla bağlı əməli addımlar atmasını zəruri edib. Etibarlı mənbələrdən aldınan məlumata görə, yayılan bu xəbərlərlə yanaşı hüquq-mühafizə orqanlarına bir sıra əməliyyat məlumatları daxil olub və buna görə də ölkənin bir sıra rayonlarında, xüsusən də şimal və şimal-qərb bölgələrində həyat keçiriləcək əməliyyat tədbirləri hazırlanıb. Məlumatda bildirilir ki, bu əməliyyat tədbirlərini ölkənin bir neçə hüquq-mühafizə orqanlarının xüsusi dəstələrinin əməkdaşları birlikdə keçirəcəklər.

Xəbərdə o da deyilir ki, "Meşə Qardaşları" və "Ceyşullah"ın hədələri ilə yanaşı adları açıqlanmayan başqa yeni yaranan radikal qruplar da var.

Bu əməliyyat çərçivəsində həmin qrupların da zərərsizləşdirilməsi, eyni zamanda azərbaycanlı gənclərin Suriyaya döyüşməyə göndərilməsi istiqamətində fəaliyyət göstərən qruplar və onların liderləri ilə bağlı da tədbirlər görüləcək.

Qeyd edək ki, gənclərin Suriyaya göndərilməsi məsələsi fevralın 3-də parlamentdə də ciddi şəkildə müzakirə olunub. Deputatların bir çoxu belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunması, vətəndaşlıqlarının ləğv edilməsi kimi sərt təkliflər irəli sürüblər.

Bundan başqa, son vaxtlar ölkənin dini məkanında gərginlik yaradılmasına, təriqətlər arasında savaş çıxmasına çalışan qüvvələrin də olduğu bildirilir. Bu məsələlər də ölkənin rəsmi qurumları tərəfindən narahatlıqla qarşılanır və aldığımız məlumatda həyata keçiriləcək tədbirlər bu cür qüvvələrin aşkarlanmasını da əhatə edəcək.

Bununla bağlı fikirlərini öyrəndiyimiz ekspertlər hesab edirlər ki, Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə addımlar atması çox doğru olar və bu vacibdi. Ekspertlərin fikrincə, ölkəni, xüsusən də onun hüquq-mühafizə orqanlarını açıq təhdid edən radikal qruplara qarşı ciddi addımlar atılmalı və önləyici tədbirlər görülməlidir.

Qeyd edək ki, son günlərdə ard-arda "Meşə Qardaşları" və "Ceyşullah" Azərbaycana qarşı savaş elan etdiklərini, hərbi əməliyyatlara başlamağa hazırlaşdıqlarını bildiriblər. Ümumi hədələrin ardınca isə "Meşə Qardaşları" Azərbaycan polisini hədəfə alaraq belə bir bəyanat yayıb: "Əməliyyat hazırdır. Polislərin evləri partladılacaq. Qəddar Azərbaycan polislərinə terror hazırdır. İlk hücumda 100-dək polis öldürüləcək".

Bu hədə bəyanatları ilə bağlı rəsmi qurumlardan mövqe öyrənməyə çalışdıq. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəis müavini Ehsan Zahidov məsələ ilə bağlı hər hansı bir şərh vermək istəmədi.

Bundan əvvəl isə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev demişdi ki, ölkənin milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.

Bu məsələ ilə bağlı əlavə məlumatlar olduqca, yayacağıq (müsavat).

Tarix
2014.02.05 / 08:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla