Yuxarı

Koelyonun hekayəsi – Azərbaycanca ilk dəfə

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paulo Koelyo

Hamıdan güclü

Çox-çox illər bundan əvvəl Yaponiyada Humi adlı bir cavan oğlan var idi. O çörək pulunu qayaları çapıb daş sındırmaqla qazanırdı. Güclü və sağlam olmasına baxmayaraq, Humi özünü xoşbəxt hiss etmirdi, gecə-gündüz elə hey bəxtindən gileylənirdi.

Milad bayramında o ürəkdən dua etdi və nəhayət, onun himayəçi mələyi onun qarşısında peyda oldu.

- Sən sağlamsan, gələcəkdə səni firavan bir həyat gözləyir, - himayəçi mələk dedi. Bütün gənc insanlar həyata atılanda hər hansı bir işlə başlayırlar. Nə üçün sən həmişə şikayətlənirsən?

- Tanrı mənə qarşı ədalətsiz olub, mənə imkan verməyib ki, xoşbəxt olum, - Humi cavab verdi.

Təlaşlı, həyəcanlanmış mələk Tanrının yanına getdi. Tanrıdan xahiş etdi ki, onun himayə etdiyi oğlanı mükafatlandırsın.

- Necə istəyirsən elə də olacaq, - Tanrı dedi. Bu Milad günlərində Humi nə istəyirsə, onunla da təmin olunacaq.

Növbəti gün Humi daş sındırırdı, birdən gördü ki, qiymətli daş-qaşlarla bəzədilmiş bir faytonda kral gedir. Tərli, çirkli əlləri ilə alnını silən Humi acı-acı dedi:

- Mən nə üçün kral olmayım, mənim qismətim kral olmaqdır!

- Sən kral olacaqsan! - himayəçi mələk sevinclə dilləndi.

...Humi dəbdəbli sarayı, çoxlu malikanələri olan, həmişə qulluqçularla, atlarla əhatə olunmuş bir krala çevrildi. Hər gün o təkəbbürlə yoldan gəlib keçir, köhnə dostlarının yol boyunca düzülüb hörmətlə ona baxmasından həzz alırdı.

Belə günlərin birində isti çox dözülməz idi, onun qızıldan düzəldilmiş çətiri olmasına baxmayaraq o yenə də daş sındırdığı vaxtlarda olduğu kimi tər içində idi. O dərk etdi ki, onun əhatəsində bu qədər nökərlər olsa da, o heç də hamıdan böyük deyil. Bütün imperatorların, şahzadələrin başı üstündə Günəş var...

- Əsl kral Günəşdir, - Humi dedi.

- Ey mənim mələyim! Mən niyə də Günəş olmayım? Mənim qismətim Günəş olmaqdır! - Humi gileyləndi.

- Sən Günəş olacaqsan! - onun bu cür tələblərindən qəmlənən mələk dedi.

...Və Humu Günəş oldu. Mer-meyvəni yetişdirən gücünə heyran olan Günəşi nəsə qara bir şey izləməyə başladı. Qara kölgə böyüdü, böyüdü... Humi onda gördü ki, onun Yeri görməyinə əngəl olan buluddur.

- Ey mələk, bulud Günəşdən güclüdür! Mənim qismətim Bulud olmaqdır!

- Olacaqsan!- mələk cavab verdi.

...Humi buluda çevrildi və ona elə gəldi ki, bütün arzuları həyata keçib.

- Mən güclüyəm, məğlubedilməzəm! - deyərək o Günəşin üstünə kölgə saldı.

... Ancaq nəhəng bir qaya parçası suya düşdü, o qaya parçası elə bil dünya boydaydı. Humi gördü ki, qaya parçası suya çırpılanda elə böyük dalğalar əmələ gəldi ki, belə bir dalğa heç vaxt görünməyib. Nəhəng dalğalar qayaya çırpılırdı ki, az da olsa ondan nəsə qopara bilsin.

Amma qaya yerindəcə tərpənməz dururdu.

- Ey mələk! – Humi hönkürüb ağladı, - qaya buluddan güclüdür! Mənim qismətim qaya olmaqdır!

...Bir anın içində Humi qayaya çevrildi.

- İndi kim məni döyə bilər? - o, özü-özünə sual verdi.

İllər gəlib keçdi. Bir gün Humi özünün daş bədənində bir dürtmə hiss etdi. Elə bil bədəninin bir hissəsi parça-parça olmuşdu. Sonra davamlı zərbələr endirilməyə başladı.

Humi qorxusundan dəli kimi qeyzləndi, bağırdı:

- Mələk, kimsə məni öldürmək istəyir. O kimdirsə məndən güclüdür, mən də onun kimi güclü olmaq istəyirəm...

- Onun kimi olacaqsan! – mələk sevinclə dilləndi.

Bax beləcə Humi təzədən daş sındırmaqla məşğul oldu.

Orijinaldan tərcümə etdi: Sevil Gültən

4 Noyabr, 2012

Tarix
2014.02.05 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla