Yuxarı

Mafiya başçısı məhkəmə önündən qaçırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada ömürlük həbs cəzası alan mafiya başçısı Domeniko Kutri məhkəməyə gətirilərkən bir qrup şəxs tərəfindən qaçırılıb.

"Axar.az" xəbər verir ki, mafiya liderini gətirən polis maşınının qarşısı məhkəmə binası önündə qara rəngdə olan bir avtomobil tərəfindən kəsilib.

Avtomobildən düşən 4 maskalı adam Domenikonu götürərək bir polisə atəş açıb. Bu vaxt qarşıdurma yaranıb və nəticədə mafiya liderinin qardaşı Antonio Kutri ölüb və iki polis yaralanıb.

Qeyd edək ki, Domeniko 22 yaşlı Polşa vətəndaşı Lukaş Kobrzeniskini öldürməkdə ittiham edilir və 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.

Dünən isə Domeniko barəsində irəli sürülən başqa bir ittiham səbəbindən məhkəməyə ifadəsi alınmaq üçün gətirilirdi.

İtalya təhlükəsizlik qüvvələri ölkəboyu axtarış elan edib və mafiya başçısının İsveçrəyə qaçmaq ehtimalını nəzərə alaraq, sərhədlərdə tədbirlər görür.

Tarix
2014.02.04 / 22:35
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla