Ana səhifə Toplum |
Fövqəladə Hallar Nazirliyinin Şirvan bölməsinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri mənzildə qadın meyiti aşkar edib.
"Axar.az"ın APA-ya istinadən xəbərinə görə, bu gün saat
19.00 radələrində Şirvan şəhəri H.Əliyev prospekti 42, mənzil 12
ünvanında yaşayan 73 yaşlı Abdullayeva Güllü Əhməd qızının meyiti
aşkarlanıb. 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşayan
Güllü Abdullayevanın yaxınları ondan xəbər ala bilməyiblər. Giriş
qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab
vermədiyini görən qohumlar və qonşular Fövqəladə Hallar
Nazirliyinin "qaynar xətt" xidmətinə müraciət ediblər.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yaşlı qadın evdə tək yaşayırmış. Xilasedicilər mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar və mənzildə yaşlı qadının meyitini aşkarlayıblar.
Tarix
2014.02.04 / 20:41
|
Müəllif
Axar.az
|