Yuxarı

Zakir Həsənov Anji Kaspşik ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildiriblər.

Müdafiə naziri qonaqları salamlayaraq, onlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.
General-polkovnik Z.Həsənov son günlər qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunaraq, düşmən tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması hallarının qeydə alınması, o cümlədən atəşin intensivliyinin artmasına da diqqəti yönəldib.

Sonda müdafiə naziri, xalqımızın işğal altında olan torpaqların sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu, Azərbaycanın işğal faktı ilə barışmayacağını və ərazilərimizin düşməndən azad edilməsi hüququnun özündə saxladığını bildirib.

Görüşdə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.

Tarix
2014.02.04 / 18:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla