Yuxarı

Zərdüşt Əlizadə rus politoloqunu darmadağın etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən Martınovu qınamaq istəmirəm. Görünür, onun çörəyi Rusiya hökumətinə xidmət eləməkdən çıxır".

Bunu "Axar.az"a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, ekspertin açıq-aşkar rus mövqeyindən çıxış etdiyini bildirib:

"Açıq görünür ki, bu adam rus mövqeyindən çıxış edir. Oxumuş, savadlı adamdır. O, sözlərində bir o qədər də ifrata varmır. Bu adam deyir ki, Qaqauziya referendumu təmiz keçirib. Razıyam. Amma Dağlıq Qarabağda da vaxtı ilə referendum keçirilmişdi və Rusiya onu tanımışdı. Amma üstündən 20 il keçib. Dağlıq Qarabağ tanınıb? Xeyr, tanınmayıb!"

Politoloq həmçinin Qaqauziyadakı referendumdan Rusiyanın təsir vasitəsi kimi istifadə etdiyini təsdiqləyib:

"O deyir ki, Qaqauziya Moldovanın Rumıniyaya qoşulmamasından ötrü bu referendumu keçirir. Bir tərəfdən də Dnesteryanıya eyham vurur. Nə Dnesteryanının, nə də Qaqauziyanın müstəqil dövlət olmaq ehtimalı var. Çünki Dnesteryanının bir tərəfi Moldova, bir tərəfi isə Ukraynadır. Rusiya ilə əlaqəsi yoxdur. Rusiyanın Ukrayna ərazisindən keçib bura getməsi mümkün deyil. Orada rus qoşunu oturub. Rus qoşununun buradan çıxması üçün Yeltsin İstanbul sammitində öhdəlik götürmüşdü. Amma Rusiya bu öhdəliyi yerinə yetirmir. Görünür, hər şeyin öz zamanı var. Qərb gözləyir ki, Rusiya o qədər zəifləsin ki, sonunda bu öhdəliyi yerinə yetirmək barədə tələb irəli sürsün. Qaqauziya əsasən milli məhfumdur, ərazi məhfumu deyil. Bu Moldovanın Rumıniya ilə ittifaqa getməyinin qarşısının alınması üçün lazım olan fənd idi ki, Rusiya bundan da istifadə etdi".

Z.Əlizadə ekspertə mesaj yollamaqdan da çəkinməyib. O, Martınovun rus hökumətinə xidmət etdiyini qeyd edib:

"Martınovun yazısını soyuqqanlılıqla oxudum. Onun sözündə bir həqiqət var ki, Rusiya sabah dağılmayacaq. Rusiya onu unutmasın ki, son 30-40 ildə üzü aşağı gedən dövlətdir. Bütün sahələrində olan statistikası hər şeyi göstərir. Mən Martınovu qınamaq istəmirəm. Onun çörəyi Rusiya hökumətinə xidmət eləməkdən çıxır. Matınov ölkəsinə bəraət qazandırmaqdan ötrü danışır. Əgər mən onunla üzbəüz otursaydım, qarşısına ondan daha mötəbər alimlərin Rusiyanın dağılması ilə bağlı dediyi sözləri, sənədləri qoyardım. Rusiya dağılmaq üzrədir. İqtisadçı Belyaqinin dili ilə desək, hələlik 60-cı illərdə Sovetlərin tapdığı yataqlar, 70 il ərzində Sovet xalqının qurduğu sənaye sayəsində Rusiya ayaq üstündə qalır, amma o da tükənmək üzrədir. Tükənəndə isə bu ölkə ciddi problemlərlə üz-üzə qalacaq. İndiki şəraitdə Rusiya və Ermənistan Qarabağı tanımır. Onlar hələlik bu problemdən Azərbaycan üçün şantaj vasitəsi olaraq istifadə edirlər".

Qeyd edək ki, bu gün ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Aleksey Martınovun saytımıza verdiyi müsahibəsində Dağlıq Qarabağın müstəqil olacağı ilə bağlı iddialar səsləndirmişdi.

Tarix
2014.02.04 / 17:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla