Yuxarı

Sünni yazardan Qamət Süleymanova sərt cavab - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Taymtürk" yazarı Fürkan Azəridən məktub: "Ey sünni xalq!"

Ermənistanın ən yaxşı dostlarından birinin İran olduğunu unutmusunuz?

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli yazar Fürkan Azəri "Qamət Süleymanova və Azərbaycan ictimaiyyətinə müsəlmanlar adına açıq cavab" məktubu yazıb. Məktubun əsas hissələrini təqdim edirik:

"Bu məktubu zülm altında acı-acı inləyən müsəlmanları, Səfəvi-Rafizi-Erməni-Rus zalımlarına qarşı Suriyanın müsəlman xalqına köməyə gedən Azəri mücahidlərini və Suriya müqavimətini qaralayan, onlara böhtan atan, onları xaricilikdə ittiham edən Qamət Süleymanova və bənzərlərinə cavab olaraq yazdıq. Ayrıca, Sünni xalqımıza şərəfli, ədalətli və vicdanlı insanlara da səslənmək istədik".

Ey sünni xalq!

"Hardasa iki heyvana əziyyət verilsə, iki ağac kəsilsə, bütün dərnəklər və dünya ayağa qalxar, vicdanlar sızlayar, iztirab çəkilər. Halbuki, Suriyada yüz əlli min insan vəhşicəsinə qətl edildi və edilməyə davam edilir, bunların arasında 14 mini uşaq, 10 mini qadındır. 250 minə yaxını məhbus var və 80 min adam itkin düşüb, minlərlə yetim yaralı var. Bütün bunlar siz mədənilərin gözlərinin qarşısında olur, gizlin heç bir şey yoxdur. Sabah sizin nəvələriniz bu tarixi oxuduqları zaman, "yüz minlərlə adam haqsız yerə öldürülüb, bizim babalarımız niyə susublar", deyilən zaman sizdən utanmayacaqlarmı?"

Bu gün Suriyada Əsəd tərəfindən vuruşan Ermənilərin 1994-cü ildə Qarabağda döyüşdüyünü və Xocalı qətliamında ön cərgədə olduqlarını və bunların Türk düşməni olduğunu bilmirsinizmi? Ermənistanın ən yaxşı dostlarından birinin Suriyada qətliam törədən İran olduğunu xatırlatmağım lazımdırmı?

Ey sünni xalq!

Dünyadakı alimlər, müsəlmanlar, şərəfli və azad insanlar bu zülmə səssiz qalmır. Azəri müsəlmanlar da bütün təşkilatlardan müstəqil şəkildə Suriyanın müsəlman xalqını və onların şərəfli müqavimətini dəstəkləyir. Buna Suriya xalqıyla birlikdə Ahraruş Şam tərəfində, Hələbdə Hələb camaatıyla birlikdə bombalanan şəhidimiz Əsgərov Rüstəm örnəkdir.

"Mən dakka dukka" deyə bir söz var (bizdə qarşılığı: Nə tökərsən aşına, o da çıxar qaşığına. – red.) və tarix təkrarlardan ibarətdir, sabah bir gün Qarabağda müharibə başlasa, o vaxt Azərbaycan dövləti ümmətdən kömək istəsə, bu ümmət deməyəcəkmi "Qəzzada üstümüzə bombalar yağanda siz harada idiniz? Misirdə ümmətin iradəsi tankların altında əzilərkən siz nə edirdiniz? Suriyada ümmət yox ediləndə hansı köməyi etdiniz?" Onda verəcək bir cavabınız olacaqmı? Yoxsa Ermənilərin ən böyük dəstəkçisi İranı köməyə çağıracaqsınız? Yoxsa Ermənistana ən böyük silah köməyi edən və 20 yanvar 1990-cı ildə Bakı küçələrində tanklarla əliyalın xalqı əzən, 600 insanımızı vəhşicəsinə qətlə yetirən, Azərbaycan xalqının haqqı olan milyardlarla dəyəri olan Xəzər neftinin üzərində oturan, sırf buna görə neft-qaz ölkəsində insanların dolanışıq çətinliyi çəkməsinə səbəb olan Rusiyanı çağıracaqsınız? Qonşunuz Gürcüstanımı? Və ya Erməni diasporunun ürəyi olan Avropanımı? Və ya Rusiyanın arxa-dayağı, Rusiyanın əli altında olan, lakin adına Türk dünyası deyilən Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstanımı çağıracaqsınız köməyə?

Yoxsa bütün xarici təzyiqlərə baxmayaraq, hələ də Ermənistana Dağlıq Qarabağın işğalından ötrü sərhədlərini bağlayıb embarqo tətbiq edən Türkiyədənmi kömək istəyəcəksiniz? Türkiyə və fədakar Anadolu xalqının Ermənistan işğalı dövründə etdikləri, hər halda, yadınızdan çıxmayıb.

Amma bu gün siz özünüzə milliyyətçi deyərək ermənilərin, İranın, Rusiyanın, Çinin və qatil Misir fironu Sisi və bənzərləri ilə eyni siyasəti yürüdür, Suriyaya, Misirə ümmət coğrafiyasında baş verən vəhşiliklərə və Türk dünyasına onların nöqteyi-nəzərindən baxırsınız. Tarix bunu əsla unutmayacaq!

Ey sünni xalq!

Lütfən, içimizdəki Şabihaların və İran agentlərinin oyununa gəlməyin. Güney Azərbaycanın İran tərəfdən necə işğal edildiyini və bu günə qədər etdiyi ədalətsizlikləri unutmayın. Onlara inanmayın, tarix ortadadır, bunlar İslam ümmətinə və Türk dünyasına daim düşmənçilik bəsləyiblər.

Aşağıdakı bəsit hesablamanı həll edə bilərsinizmi?

İran+Rusiya+Hizbuşeytan+Çin+Ermənilər+CHP+DHKP+Sol. Org+Gəzi parkı hadisələri+Sisi+PYD=?

Əgər bu hesablamanı həll edərkən beyniniz qarışırsa, Həmad, Xümsdə, Qəzzada, Qahirədə və Anadoluda hər hansı "təhsilsiz" kasıb uşağından kömək ala bilərsiz.

Ey sünni xalq! Lütfən, bizi qəhr edən bu yuxunuzdan oyanın və bu çirkli ittifaqları görün.

Siz də təqdir edərsiniz ki, ən mükəmməl cəmiyyətlərdə belə pis niyyətli insanlar ola bilər. Hətta Allah Rəsulunun ordusunda belə pis niyyətli insanlar olub. Amma bu, istisnadır. Hər kəsi eyni arşınla ölçmək, keçmişdə və indi nəyə qulluq etdiyi məlum olmayan və qaranlıq əllərin istiqamətləndirməsi ilə etdikləri ağlasığmaz səhvləri dəlil gətirərək hər kəsi qaralamaq vicdansızlıqdır, haqsızlıqdır, ədalətsizlikdir.

Bizlər Allahın əmr etdiyi kimi düz olmalıyıq və haqqı dəstəkləyərək ədalətli şahidlik etməliyik.

Tarix
2014.02.04 / 12:58
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla