Yuxarı

Tanınmış yazıçının pulunu necə oğurladılar? - Faktlar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havaların kəskin soyuması kommunal xidmətlərə olan təlabatı artırıb. Vətəndaşlar ən yaxın ödəmə terminallarında qaz, işıq pullarını ödəyərək soyuqdan qorunmaq istəsələr də, buna nail ola bilmirlər. Hər halda "Axar.az"a daxil olan şikayətlərdən bu qənaətə gəlmək mümkümdür.

Hazırda ən populyar olan "Milli ÖN" ödəniş sistemi köşklərindən narazılıqlar, pulun hesaba köçürülməməsi barədə şikayətlər günbəgün artır. Həmin köşkləri idarə edən "Komtec" LTD MMC israrla qüsussuz fəaliyyət göstərdiyini bəyan etsə də, reallıq bunun əksini göstərir.

"Milli ÖN" söz adamını qurban seçir

Dünən "Milli ÖN"ün qurbanına çevrilən dəyərli ziyalı, ədəbiyyatşünas Məti Osmanoğlu bizimlə söhbətində terminalın nasazlığı üzündən qazsız qaldıqlarını bildirdi:

"Smart kart"la qaz ödənişi etmək üçün "Milli ÖN" ödəmə terminalına 50 manat daxil etdim və terminal pulumu rəsmən mənimsədi. "Qaynar xətt" nömrəsinə zəng vurdum. Oradan əcaib bir cavab aldım: "Sizin sorğunuz 4 iş günü ərzində araşdırılacaq". Belə çıxır ki, bu gün sayğacın yaddaşındakı balans bitsə, dörd gün soyuqda qalmalıyıq".

Can da gedir, mal da

M.Osmanoğlu burada üç ciddi problemin olduğunu vurğuladı:

"Aydın məsələdir ki, insan kimi hər hansı texniki qurğu da səhv edə bilər və burada qeyri-adi heç nə yoxdur. Ancaq avtomat sahibləri, ondan pul qazananlar müştəriyə tərəfdaş kimi yox, asılı tərəf kimi baxırlar - problem bundadır. Məsələn, avtomatın səhvinə görə bizim evin qazı bir həftə kəsilə bilər. Bu, belə olmamalıdır, avtomat sahibi məndən dərhal üzr istəməli və səhvini düzəltməlidir. Ancaq əvəzində nə olur? Birincisi, avtomatın səhvinə görə müştəri 4-5 gün və ya bir həftə istiliksiz qalır. İkinci, məsələni aydınlaşdırmaq üçün müştəri mobil telefon operatoruna əlavə pul ödəməli olur. Üçüncü problem isə xidmət göstərən şirkətin müştəriyə pulsuz rabitə xidməti göstərməməsidir. Onunla yalnız mobil telefonla əlaqə saxlamaq mümkün olur. Bütün bunlar müştəriyə ziyan vurmağa hesablanıb".

Bu işdən fırıldaq qoxusu gəlir

M.Osmanoğlu "qaynar xəttə" vurduğu zəngə görə telefonundan 1 manata yaxın pulun çıxıldığını deyib:

"Milli ÖN"ün sahibi "Komtek LTD" şirkətinin rəhbərliyi ilə danışmaq üçün şirkətin saytındakı 404 41 (05/06/07) telefonlarına zəng vurmaq istədim: gün ərzində bu telefonlardan eşitdiyim musiqi və reklamlar oldu. Nəhayət, şirkətin saytda göstərilən ünvanına getməyi qərara aldım. Mühafizəçi bildirdi ki, şirkət buradan köçüb və heç bir ünvan saxlamayıb. Vallah, bu işdən fırıldaq qoxusu gəlir".

Problemlə bağlı "Axar.az" daxil olan digər bir şikayətdə isə vətəndaş ödədiyi məbləğin "Azəriqaz"la "Milli ÖN" arasında "itdiyini" deyib:

"2014 cü il yanvarın 25-də "Nizami" metrosunun girişində qaz smartkartına 5 manat pul ödəmişəm. Saygaca kartı daxil edirəm, sistemə pul ödənilmədiyini göstərir. Yanvarın 27-də *0010 nömrəli "Qaynar xətt"ə zəng vurdum. Operator mənə dedi ki, get "Azəriqaz"a, sənəd al gətir, sonra baxarıq. Mənim bura yazmaqda məqsədim odur ki, bir müştəri olaraq məni incidirlər".

Al gətir, sonra baxarıq

Məsələyə aydınlıq gətirən "Komtec LTD" MMC-nin mətbuat xidmətinin rəhbəri Zəki Kazımzadə vətəndaşlara bu cür cavab verilmədiyini dedi:

"Bizdə "al gətir, sonra baxarıq" formasında insanlara cavab verilməsi ola bilməz. Çox şübhəli bir söhbətdir. Əgər ödənislə bağlı problem varsa, abunəçi *0010 nömrəsinə zəng etməlidir. Bizim "call-center"in isçiləri ona kömək edəcəklər".

Son vaxtlar "Milli ÖN" terminallarında xidmətin keyfiyyətinin aşağı olmasına gəlincə, Z.Kazımzadə bunu inkar edib:

"Biz statistika aparırıq və deyə bilərəm ki, bizdə tranzaksiyaların sayı gündən-günə artır. Lakin şikayətlərin sayı artmır. Bizim "call-center" bütün sutkanı işləyir və alınan məlumatlara əsasən deyə bilərik ki, problem cox azdır. "Milli ÖN"də tranzaksiyaların sayının artması və əhalinin loyallığı başqa bir məlumat verir. Əhali "Milli ÖN"ə üstünlük verir və ona inanır".

Üzü astarından baha

Onu da qeyd edək ki, son günlər "Milli ÖN" ödəmə terminallarında vətəndaşların aldadılması sosial şəbəkələrdə də geniş müzakirə olunur. Həmin müzakirələrə qoşulan Rumiyyə Mir Aslan öz şərhində qeyd edib ki, belə hadisə ilə bir neçə dəfə rastlaşıb:

"Belə hadisə bir neçə dəfə bizim də başımıza gəlib. Balansdan konturların silinməsindən əlavə bildiriblər ki, yaşadığınız ərazinin qaz idarəsindən arayış gətirin, Nərimanovdakı ofisimizdən pulunuzu geri alın". Baxdıq ki, bu işin üzü astarından baha başa gələcək, o üzdən hər dəfəsində pulu onlara haram edirik".

Əslində, bu tipli ödəmə terminalları uzun növbələrə son qoymaq, vətəndaşların rahat və təhlükəsiz ödəniş etmələri məqsədilə yaradılıb. Lakin sadalanan problemlər insanları yenidən köhnə sistemə qayıtmağa məcbur edir.

Tarix
2014.02.04 / 12:43
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla