Yuxarı

Dünyanın ən zəhərli 10 ərazisi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ətrafa yayılan zəhərli maddələr dünyada təxminən 200 milyon insanın həyatını təhlükə altında saxlayır. Torpaqdakı civə, havaya qarışan kimyəvi maddələr və çay sularına atılan zəhərli elektronik zibillər…

Bunlar, mərkəzi İsveçrədə yerləşən "Green Cross"un hazırladığı hesabatdan yalnız bir neçə nümunədir:

Qanadakı tullantı sahəsi

Qananın dəmir-dümür toplandığı Aqboqbloşi bölgəsində saysız-hesabsız köhnə çanaqlı peyk və xarab televiziyalar üst-üstə yığılmış vəziyyətdədir. Kabellərin içərisindən mis çıxarmaq məqsədilə onların yandırılması insan sağlamlığı üçün böyük bir təhlükədən xəbər verir.

İndoneziyadakı Citarum çayı

İndoneziyadakı Cava Adasındakı Citarum çayının suyu adi içilən sudan təxminən min qat daha çirklidir.
Suda yüksək nisbətdə alüminium və dəmir var. Bu da təsadüfi bir nəticə deyil. İki minə yaxın fabrik Citarum çayını başlıca su qaynağı olaraq istifadə edir və sənaye tullantılarını da bu çayın sularına buraxır. Bu isə əhali üçün fəlakət deməkdir. Çünki çay onlar üçün ən əhəmiyyətli bir həyat qaynağıdır.

Dzerjinsk sənaye bölgəsi

Dzerjinsk Rusiyanın ən əhəmiyyətli kimya sənayesi mərkəzlərindən biri hesab olunur. 1930-1998-ci illər arasında təxminən 300 min ton kimyəvi tullantı, bu bölgədə yanlış bir şəkildə məhv edilib. Bunun nəticəsi olaraq bir çox kimyəvi elementlər yeraltı sulara və havaya qarışıb. Bu bölgədə qadınlar orta hesabla 47, kişilər isə 42 il yaşayır.

Ukraynadakı Çernobil AES

Çernobil tarixin ən dəhşətli nüvə reaktor qəzalarından biridir. 25 aprel 1986-cı ildə nüvə stansiyasında aparılan bir təcrübə əsnasında ölümcül nəticələrə gətirib çıxaran qəza baş verdi. Qəza tarixindən etibarən stansiyanın 30 kilometr ətrafında heç kim yaşamır.

Hazaribağdakı dəri fabrikləri

Hazaribağ Banqladeşdə dəri fabriklərinin bir araya gəldiyi bölgədir. Buradakı bir çox fabrik iş prosesində köhnə metodlardan istifadə edir. Paytaxt Dəkkənin ən əhəmiyyətli çayı və ana su qaynağı olan Buriqanqa çayına hər gün təxminən 22 min litr zəhərli tullantı buraxılır.

Kabvedəki civə mədənləri

Zambiyanın böyük şəhərlərindən biri olan Kabvedə yaşayan uşaqların qanında yüksək nisbətdə civəyə rast gəlinir. Şəhərdə təxminən yüz ildən bəri civə çıxarılır. Əritmə əməliyyatı üzündən ağır metallar toz parçacıqları halına çevrilərək ətrafda qarışır.

Kalimantandakı qızıl mədənləri

Kalimantan, Borneo adasının İndoneziyaya bağlı olan qismidir. Bu yer təbiətin talan edilməsiylə əlaqədar məşhur bir bölgədir. Kalimantandakı qızıl mədənləri, zəhərli civə metalının ortaya çıxmasına səbəb olur. İldə təxminən 1000 ton civə həm təbiətə, həm də yeraltı sulara qarışır.

Matanza-Riaçuelo çayı

Argentinada 15 minə yaxın fabrik tullantı sularını Matanza-Riaçuelo çayına boşaldır. "Green Cross"un hesabatına görə, kimyəvi maddə istehsalçıları çaydakı çirklilikdən 3/1 nisbətində məsuldur. Çay suyunda yüksək miqdarda sink, civə, mis, nikel və digər ağır metallar var. Yerli əhali xüsusilə bağırsaq və tənəffüs yolu xəstəliklərindən şikayətçidir.

Niger deltası

Niger deltası sıx əhalisi ilə Nigeriyadakı ümumi əhalinin təxminən yüzdə səkkiz hissəsini təşkil edir. Bölgədəki yeraltı sular və torpaq, neft hidrokarbon səbəbindən çirklənir. Ərazidəki neft istehsalına görə ildə təxminən 240 min vedrə neft təbiətə qarışır. Bunun başlıca səbəbləri isə qəzalar və neft oğurluqlarıdır.

Sənaye şəhəri Norilsk

Rusiyanın Norilsk şəhərində ildə təxminən 500 ton mis və nikel oksidə əlavə olur, 2 milyon ton kükürd-dioksid havaya qarışır. Çirkliliyin nisbəti o qədər yüksəkdir ki, fabrik işçilərinin ömrü Rusiyadakı əhalinin orta ömründən 10 il azdır.

Tarix
2014.02.04 / 01:49
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla