Yuxarı

Rövşən Lənkəranski Dubayda mühafizə altındadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski bir neçə gün əvvəl Dubayda olub.

"Axar.az" rus mediasına istinadən xəbər verir ki, bu barədə onu tanıdığını deyən şəxs iddia edib. Onun sözlərinə görə, Lənkəranski çox ciddi mühafizə altında gəzir və ona yaxınlaşmaq müşkül məsələdir.

Azərbaycanlı kriminal-avtoritetin İstanbulda türkiyəli avtoritetlərin köməyindən istifadə etdiyi, ancaq Türkiyədə R.Lənkəranski ilə əlaqələri olan şəxslərin özlərinin problemlərinin olması və həbs edilmək təhlükəsi ilə üzləşməsi səbəbindən onun Dubaya getdiyi bildirilir.

Xatırladaq ki, 2010-cu ilin sentyabrında Moskvada Tverskaya küçəsində qanuni oğru Ded Xasana qarşı sui-qəsd olmuşdu və o, 3 güllə yarası almışdı. Bu qətlin sifarişçilərindən sayılan Rövşən Lənkəranski Ded Xasan tərəfdarlarının və Rusiya hüquq-mühafizə orqanlarının təzyiqindən qurtarmaq üçün bu ölkədən çıxmağa məcbur oldu. "Moskovskaya Pravda" qəzetinun yazdığına görə, Ded Xasanla Rövşən Lənkəranski arasında münasibətlər Çerkizovo bazarı bağlanandan sonra yaranıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranski bazar bağlanandan sonra Ded Xasanın və ona yaxın avtoritetlərin nəzarətində olan obyektlərə müdaxilə etməyə başlayıb.

Tarix
2014.02.04 / 01:09
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla