Yuxarı

Qənirə Paşayeva jurnalistlərə əsəbiləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasındakı çıxışının bəzi saytlarda yanlış təqdimatından narazılığını bildirib. Xanım deputat bu barədə özünün facebook səhifəsində status yazaraq jurnalistləri tənqid edib.

Q. Paşayeva statusunda yazıb: "Çox təəssüf ki, bəzi jurnalistlər bu gün parlamentdə "orqan və ya toxumaların transplantasiyası" ilə bağlı qəbul olunan qanunun bəzi maddələrinin 10 ildən artıqdır ki, çalışmaması ilə bağlı çıxışı tamamilə yanlış şəkildə verərək, guya, mən ölən insanlardan məcburən orqanların götürülərək, orqan köçürülməsində istifadə edilməsi ilə bağlı qanun qəbul olunmasını təklif etmişəm. Belə savadsız və cahil insanların jurnalistikada yeri olmamalıdır. Çünki söhbət sağlığında orqan və toxumalarını öldüyü zamanı ehtiyacı olan xəstələrə köçürülməsi istiqamətində bağışlayan və bu barədə vəsiyyətnamə yazan şəxslərdən gedir və 15 il əvvəl qəbul olunan qanunda da məhz belə yazılıb. Sadəcə bu gün könüllü şəkildə öz orqanlarını vəsiyyət edən insanlar dünyasını dəyişsə, onlardan orqanların götürülərək, xəstə insanlara köçürülməsi istiqamətində ölkəmizdə heç bir mexanizmlər işləmir. Bütün inkişaf etmiş ölkələrdə bu mexanizm çalışır və mən də ölkəmizdə 15 il əvvəl qəbul olunan qanunun həyata keçmə mexanizmlərinin hazırlanmasını təklif etmişəm.

Çox təəssüf edirəm ki, bu mövzu ilə bağlı dəfələrlə verdiyim müsahibələrə, televiziya və parlament çıxışlarıma baxmayaraq, bəzi dırnaqarası jurnalistlər məsələnin mahiyyətindən belə xəbəri olmayaraq xəbər yazırlar. Hətta bəzi ekspertlər də tapırlar ki, onlar da məsələnin mahiyyətini bilmədən və sanki ilk dəfə bu barədə eşidirmişlər kimi bu faşizmdir deyə qeyri-ciddi açıqlamalar verirlər.

Bir daha bu fikrə gəlirəm ki, təəssüf ki, ölkədə savadsız jurnalistlərin sayı o qədər artır ki, onlar jurnalistikanın imicinə ciddi zərbə vururlar. Açın mənim haqqında danışdığım qanunu ən azı internetdə 5-10 dəqiqənizi sərf edərək, oxuyun və məsələnin nədən getdiyini öyrənin. Məsələnin nədən getdiyini bilmədən xəbər yazanların sayının artması xəbərə insanların inamını da sarsıdır təbii ki..."

Tarix
2014.02.03 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla