Yuxarı

Ən çox avtomobili olan nazirliklər bəlli oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra ekspertlər hesab edirlər ki, ölkəmizdə benzinə olan təlabatın kəskin artması yalnız əhalinin istifadəsində olan nəqliyyat vasitələrinin sayının çoxalması ilə deyil, həmçinin dövlət qurumlarının balansında olan xidməti maşınların sayı ilə bağlıdır.

İqtisadçı Qubad İbadoğlunun sözlərinə görə son dövrlər büdcədən maliyyələşən qurumların balansındakı avtomobillərin sayı xeyli artıb. Bu isə əlavə yanacağın sərf olunması deməkdir.

Ekspert, Qubad İbadoğlu: "Bizim avtomobil istifadəçilərimiz yalnız vətəndaşlar deyil, həmçinin dövlətdir. Dövlətin həm avtomobillərinin sayı, həm də müxəricci kifayət qədər yüksək olanlardır. Dövlət bu barədə də düşünməlidir".

Qubad İbadoğlunun fikrincə, həm büdcədən artıq xərclərə qənaət etmək, ən əsası benzin sərfini azaltmaq üçün xidməti avtomobillərin sayını azaltmaq lazımdır. Sonuncu dəfə xidməti avtomobillərin sayı ilə bağlı 2011-ci ildə Nazirlər Kabinetinin qərarı olub. Bu qərara görə, dövlət qurumlarının xidməti maşınlarının sayına limit qoyulub. Ən çox balansında maşın olan Vergilər və Maliyyə Nazirlikləridir. Hərəsinə 83 avtomobil, ümumilikdə, hökümət orqanlarının istifadəsində 1173 avtomobil olmalıdır. Amma bu rəqəmlər son zamanlar kifayət qədər artıb. Bir də onu nəzərə almaq lazımdır ki, bu siyahıya Prezident Administrasiyasının və hərbi qurumların, milli təhlükəsizlik, hüquq mühafizə və prokurorluq orqanlarının, yerli məhkəmələrin maşınları daxil deyil. (ANS)

Tarix
2014.02.03 / 20:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla