Yuxarı

Xocalı soyqırımı Kanadada əbədiləşdirilib - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kanadanın Toronto şəhərində Azərbaycanın Kanadadakı səfirliyi və Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünü münasibətilə xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Tədbirdə Toronto və Vaterlo universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də Torontoda yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbir zamanı ilk olaraq Torontonun mərkəzi parklarından biri olan "Harbour Square Park"da Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın ətrafında toplantı keçirilib. Həmin ağacın qarşısında bərkidilmiş memorial lövhədə "Xocalı faciəsinin xatirəsinə" sözləri həkk edilib. Toplantı zamanı çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ağacın Kanadada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ilk abidə olduğunu deyərək, bunu Xocalı həqiqətlərinin Kanadada yayılması baxımından mühüm hadisə kimi dəyərləndirib, eləcə də bu abidənin ərsəyə gəlməsində göstərdiyi əməyə görə Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının sədri İlham Axundova dərin təşəkkürünü ifadə edib.

O, həmçinin Kanadada yaşayan icma üzvlərini Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə son qoyulması istiqamətində səylərini səfərbər etməyə çağırıb. Səfir Xocalı hadisələrinin yad edilməsinin təkcə keçmiş deyil, həmin qırğınları törətmiş və bu gün Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə bağlı olduğunu vurğulayıb.

Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının sədri İ.Axundov da Xocalı soyqırımını yad edən abidənin Torontonun mərkəzi parklarından birində yaradılmasını böyük uğur kimi qiymətləndirib və bunu səfirlik və icmanın apardığı ardıcıl siyasətin nəticəsi olduğunu qeyd edib.

Daha sonra tədbir Xocalı soyqırımı qurbanlarının anım mərasimi ilə davam edib. (Trend)

Tarix
2014.02.03 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla