Yuxarı

Oqtay Əsədov İrana səfər edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının 2014-cü il fevralın 18-19-da Tehranda keçiriləcək 9-cu sessiyasında iştirak etmək məqsədilə İrana səfər edəcək.

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, İƏT Pİ-nin 9-cu sessiyasından öncə, fevralın 14-17-də İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının İcra komitəsinin, Siyasi və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, İnsan hüquqları, qadın və ailə məsələləri, Mədəni, hüquqi və sivilizasiyalar və dinlərarası dialoq üzrə ixtisaslaşmış daimi komitələrinin iclasları keçiriləcək.

Parlament İttifaqının 9-cu sessiyası çərçivəsində Qadın parlament üzvlərinin 3-cü Konfransının keçirilməsi də planlaşdırılır. Sözügedən iclaslarda Azərbaycan Parlamentinin üzvlərinin iştirakı nəzərdə tutulub.

Tarix
2014.02.03 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla