Yuxarı

Tələbkar tamaşaçı yetişdirən festival başlayır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"YARAT" Müasir İncəsənət Məkanı "Future Shorts" - dünyanın ən böyük qısametrajlı film festivalının yeni qış mövsümünün açılışını elan edir.

"Axar.az" xəbər verir ki, Bakıdakı film nümayişləri "Cinemalux" (H.Seyidbəyli küç., 18.) kinoteatrının zalında baş tutacaq.

Fransa, Polşa, Serbiya, Finlandiya və Əfqanıstan istehsalı olan 6 qısametrajlı film fevral ayının 7-8-9-na qədər (7 fevral - 19:30, 8 fevral - 18:00, 9 fevral - 18:00) nümayiş olunacaq.

Qeyd edək ki, bu film festivalı 90 ölkənin 325 şəhərində 45000 tamaşaçının iştirakı ilə keçirilir.

2003-cü ildən başlayaraq, artıq 11 ildir ki, dünyanın ən möhtəşəm məkanlarında qısametrajlı filmləri nümayiş etdirməklə və bu filmləri çəkən rejissorları geniş ictimaiyyətə təqdim etməklə, "Future Shorts" festivalı Finlandiyadan Meksikaya, Monqolustandan Qazaxıstanadək qısametrajlı film pərəstişkarlardan ibarət dünyanın ən böyük tamaşaçı auditoriyasını özünə cəlb etməyə müvəffəq olub.

"Future Shorts" Festivalı kütləvi kino yayım şəbəkəsinin yaradılması və tələbkar tamaşaçılar auditoriyasının formalaşması üzərində çalışmağa davam edir.

Tarix
2014.02.03 / 14:31
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla