Yuxarı

Aybəniz Haşımova ölümdən döndü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün havaların çovğunlu keçməsi qəza sayını artırıb.

"Axar.az" "Publika.az"a istinadən xəbər verir ki, əməkdar artist Aybəniz Haşımova qızı Aynişanla birlikdə qəza törədib, ölümdən dönüblər. Hadisəylə bağlı Aybəniz Haşımova sosial şəbəkədə belə yazır:

"Dünən ömrümün ən ağır imtahanını yaşadım. 30 yanvar axşamı yağmağa başlayan qarın fırtınası məni ağır imtahana çəkdi. Balamla bir yerdə Sumqayıt yolundan Saray qəsəbəsinə qayıdan istiqaməti axtarırdım, birdə Duzlu göl ətrafına gəlib çıxdığımızı gördüm.

Ordan da üzü Masazır istiqamətinə yollandıq. İnanın, kimin duası bizi saxladı bilmirəm, bir onu bilirəm ki, Allah mənim balamı da, məni də göydə saxladı. Əgər əksinə olsaydı, bilin ki, biz artıq həlak olacaqdıq. Maşınlar Masazır yolunda ilişib qalmışdılar. Bir cavan oğlandan xahiş etdim ki, maşını bir yerə qədər heç olmasa idarə etsin.

Bir zülmlə Masazırı çıxırdıq ki, yolumuzun ağzında bir maşın necə fırlanmağa başladısa, gözüm qaraldı. Qızıma dedim maşını saxla, daha gedə bilmərik. Birdən yadıma düşdü ki, "Xalq ulduzu - 3" yarışmasının diplomantı Mehin burda yaşayır. Mehinin anası Xatirə xanım sağ olsun. Dərhal mənim köməyimə bütün qonşuları göndərdi".

Tarix
2014.02.03 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla