Yuxarı

Sərkisyan ailəsinin kriminal biznes imperiyası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda iqtisadiyyatın ən gəlirli sahələri Serj Sərkisyanın və sabiq dövlət başçısı Röbert Köçəryanın rəhbərlik etdiyi iki qruplaşma arasında bölünüb.

S.Sərkisyanın prezidentlik müddətində ona yaxın olan biznes dairələrinin mövqeləri daha da güclənib və hətta bir sıra istiqamətlərdə R.Köçəryanın dairəsinə yaxın olan iş adamlarının malik olduqları imkanlar tədricən mənimsənilib. Bu prosesin S.Sərkisyanın növbəti prezidentlik müddətində daha da güclənəcəyi iddia edilir.

Levon Ter-Petrosyanın hakimiyyətdən getməsinə baxmayaraq 2008-ci ilə qədər onunla əlaqəsi olan bəzi biznes dairələrinə, xüsusilə "SİL" qrupunun rəhbəri Xaçatur Sukiasyana (təxəllüsü "Qrzo") işgüzar fəaliyyətlərini davam etdirməyə imkan verilirdi. Amma 2008-ci il prezident seçkilərində L.Ter-Petrosyana göstərdiyi açıq dəstəkdən sonra "SİL" qrupu saxta məhkəmə prosesi vasitəsilə mənimsənilərək S.Sərkisyana aid olan biznes dairəsinin tam nəzarəti altına keçib.

S.Sərkisyan və R.Köçəryanın nəzarətində olan biznes imperiyasından kənarda Ermənistanda ciddi işgüzar fəaliyyətlə məşğul olmaq mümkün deyil. Amma son dövrlərdə Ermənistanın işgüzar dairələrində Rusiya oliqarxları, hərbi və təhlükəsizlik sistemindəki nüfuzlu şəxslər arasında özlərinə dayaq tapmaq meylləri özünü göstərir. S.Sərkisyan və onun ailəsinin biznes imperiyası onu deməyə əsas verir ki, Ermənistanda siyasi hakimiyyət, güc strukturları, kriminal aləm, kilsə və oliqarx iş adamlarını birləşdirən siyasi-iqtisadi amirlik sistemi formalaşıb. Başda S.Sərkisyan olmaqla bu siyasi-kriminal-oliqarx sistemi ölkənin siyasi, iqtisadi və biznes həyatını tam şəkildə öz inhisarına alıb.

S.Sərkisyanın inhisarçı kriminal biznes imperiyasına aşağıdakı sahələr daxildir:

- "Flash" şirkətinin aktivləri (şirkətin rəsmi olaraq mülkiyyətçisi Barseq Bəyləryandır). Şirkətin əsas fəaliyyəti benzin və dizel yanacağının topdan və pərakəndə satışıdır;

- Yanacaqdoldurma stansiyaları şəbəkəsi;

- Dağlıq Qarabağ ərazisində üç şərabçılıq zavodu, o cümlədən "Mika" araq istehsalı zavodu;

- "Ararat" bankı;

- "Ararat" restoranlar şəbəkəsi (30-dan artıq restoran);

- "Armavia" hava şirkəti;

- "Mika Group" şirkətinin aktivləri Qrup vasitəsilə idarə olunan "Hadrut şərab zavodu"; (şirkətin rəhbəri əslən Bakı ermənisi olan Mixail Bağdasarovdur). Şirkətin fəaliyyətinə daşınmaz əmlak və tikinti, maliyyə brokerliyi, informasiya-kommunikasiya texnologiyaları, buğda emalı və un təchizatı daxildir.

Bununla belə, "Mika Group"un əsas fəaliyyətini yanacaq, benzin, aviakerosin və dizel yanacağının xaricdən idxalı təşkil edir. Bu istiqamətlər üzrə ölkəyə idxal edilən məhsullarda "Mika Group" tam şəkildə inhisarçılığa malikdir. "Mika cement" (Hrazdanda yerləşir) və "Mika House" alt-şirkətləri isə tikinti və tikinti materialları sahəsində əsas inhisarçılardır. "Mika House" tərəfindən İrəvanın mərkəzi hissəsində elit tipli 5 yaşayış kompleksi tikilib. Bu şirkətə məxsus olan "Mika" futbol klubunun dəyərinin 40-50 milyon dollardan artıq olduğu bildirilir. "Mika-Karabakh" Azərbaycanın işğal olunmuş ərazilərində zərgərlik məmulatlarının istehsalı ilə məşğuldur;

- Moskvada mehmanxana-restoran kompleksi;

- Londonda şəxsi iqamətgah;

- "ВТБ Bank-Armenia". Bu bankın Ermənistan filialını 300.000 ABŞ - "Mika Group" vasitəsilə "Армсбербанк"ın səhmlərinin 50 faizi;

- "Jazzve" qəhvəxanalar şəbəkəsi;

- Vasitəçi şəxslər və kürəkəni Mixail Minasyan vasitəsilə "ArmenAkob" və müdafiə naziri olduğu dövrdə Bolqarıstandan yüngül və atıcı silahlar distributorluğu. Bu şəbəkə kürəkəni M.Minasyan tərəfindən idarə olunur;

- "Ay-TV" şəbəkələri;

- Silahların alınması və üçüncü dünya ölkələrinə ötürülməsi üzrə vasitəçi silah ticarəti şirkəti;

- "Global-Contact" offşor şirkəti.

S.Sərkisyanın biznes imperiyasına daxil olan əsas şəxslər "Mika Group Limited" şirkətinin rəhbəri Mixail Bağdasarov və "Flash" şirkətinin başçısı B.Bəyləryandır. Bağdasarovla Bəyləryan S.Sərkisyanın ən yaxın və etibarlı adamları hesab olunurlar.

M.Bağdasarov 1959-cu ildə Bakıda anadan olub. M.Bağdasarov vasitəsilə "Mika Group" holdinqinə sahib olan S.Sərkisyan ölkə üzrə sürtkü və yanacaq məhsullarının idxalını, topdan və pərakəndə satışını tam şəkildə öz inhisarına alıb. Hələ döyüşlərin aktiv dövründə ordunun yanacaqla təchiz edilməsi Müdafiə Nazirliyi qarşısında duran başlıca problemlərdən biri olduğu üçün Ermənistan Müdafiə Nazirliyi yanacaq məhsullarının qanuni və qeyri-leqal yollarla idxalına bilavasitə cəlb olunmuşdu.

S.Sərkisyan müdafiə naziri təyin olunandan sonra "milli təhlükəsizlik və milli müdafiə" tələbatı adı altında bu sahəni inhisarda saxlamağa və özünə yaxın olan biznes dairələri vasitəsilə "qanuni" kommersiya xəttinə keçirməyə müvəffəq olmuşdu. İddia olunur ki, Ermənistan neft məhsullarını əsasən Rumıniya, Rusiya və Bolqarıstan şirkətləri vasitəsilə əldə edir və ölkə bazarında inhisarçı olan "Mika Group" və "Flash" bazarda qiymətləri diktə edirlər. Son dövrlərdə bu şirkətlərin Qazaxıstandan dizel yanacağı almaları barəsində də məlumat verilir.

2009-cu ilə aid WikiLeaks sənədlərində ABŞ-ın İrəvanda səfirliyinin müvəqqəti işlər vəkili ilə söhbətində M.Bağdasarov Türkiyə-Ermənistan protokollarını dəstəklədiyini, Ermənistanın nazirlərinin əksəriyyətinin peşəkar deyil, həvəskar olduqlarını bildirmiş və ABŞ-da olan erməni diasporunu saxta millətçilikdə ittiham etmişdi. M.Bağdasarovun sözlərinə görə, S.Sərkisyanın yaxın çevrəsinə çox az adam daxildir və vacib siyasi qərarların verilməsində o, heç kimin məsləhətinə qulaq asmır. Ona nədəsə irad tutmaq da çox çətindir və heç kim buna cürət etmir. ABŞ diplomatı ilə danışıqda M.Bağdasarov hökumətin beynəlxalq təşkilatlardan borc almaq, onları Ermənistan banklarına istiqamətləndirmək və süni olaraq dramın məzənnəsinin yuxarı saxlamaq siyasətini kəskin şəkildə tənqid etmişdi. Onun qənaətinə görə, alınan borclar infrastruktur layihələrinə yönəldilməlidir.

M.Bağdasarovun qənaətinə görə, baş nazir Tigran Sərkisyan menecer deyil, baş nazir kimi çox səriştəsizdir və bank işindən əlavə ümumi idarəçiliyi bacarmır. B.Bəyləryan "Flash" şirkətinin rəhbəri olaraq "Mika Group"dan sonra ikinci şirkət qismində yanacaq məhsullarının idxalı ilə məşğuldur. Ölkə boyunca "Flash" şirkətinə məxsus çoxsaylı yanacaqdoldurma stansiyaları vardır. "Ararat" bank da bu şəxsə məxsusdur.

Samvel Aleksanyan (təxəllüsü "Lfik Samo") Köçəryanın qrupundan Sərkisyan tərəfə keçmiş oliqarxlardan hesab olunur. Onun nəzarətinə taxıl, un, şəkər və toyuq məhsullarının idxalının inhisarçılığı daxildir. "Yerevan city" supermarketlər şəbəkəsinə də malik olan S.Aleksanyan Ermənistana idxal edilən əczaçılıq məhsullarının 50 faizinə nəzarət edir.

Keçmiş baş prokuror Aqvan Hovsepiyanla da yaxın əlaqələrə malik olan S.Aleksanyan 2008-ci il prezident seçkilərində İrəvanın Malatia-Sebestia rayonunda rəhbərlik etdiyi kriminal-bandit dəstələri ilə S.Sərkisyanın xeyrinə seçki prosesinə müdaxilə edərək namizədlərin və seçicilərin təhdid edilməsini həyata keçirmişdi.

M.Minasyan (Mişa) S.Sərkisyanın kürəkəni olaraq "Jazzve" qəhvəxana şəbəkəsinə və "Philip Morris"in rəsmi distributoru olaraq "Pares Armenia" şirkətinə sahibdir. 2013-cü ilin martında Ermənistanın Vatikanda səfiri təyin edilib. Qeyd olunmalıdır ki, "Pares Armenia" 2008-ci il prezident seçkilərində Levon Ter-Petrosyanı dəstəkləyən "SİL" qrupunun rəhbəri Xaçatur Sukiasyandan alınaraq M.Minasyana verilib.

Aleksandr Sərkisyan (Saşik) Serj Sərkisyanın problemli və ziddiyyətli qardaşıdır. Hər hansısa böyük biznesdə tam sahibkarlığı olmasa da müxtəlif biznes sahələrində əli var və ölkədə böyük bizneslə məşğul olan şəxslər onun "payı"nı verməlidir. Ermənistanda hüquq-mühafizə orqanları və vergi ilə ciddi problemi olan şəxslər pul müqabilində Saşiki ən asan həll yolu kimi görürlər. Saşik Ermənistanda və Dağlıq Qarabağda icra başçısı, polis rəisi, vergi departamentinin rəisi və sair bu kimi gəlirli vəzifələrə təyinat məsələlərini də həll edir.

Saşik Sarkisyan Qarabağda avtobus sürücüsü və qaz ustası olub. 1998-ci ildə ölkənin bütün yanacaqdoldurma stansiyaları Sərkisyan-Köçəryan qruplaşmasının əlinə keçdikdən sonra Saşik yanacaqdoldurma biznesində fəaliyyətə başlayıb. Ermənistan parlamentinin üzvü olmuş Saşik parlamentin iclaslarına qatılmırdı. O, jurnalistlər tərəfindən daha çox sərxoş halı xatırlanır. Vaxtını əsasən İrəvanın bahalı restoranlarında keçirən Saşik tərəfindən dava salınması və silah işlədilməsi halları da qeydə alınıb. Son belə hadisələrdən biri Moskvada baş vermişdi. Saşik onda döyülmüşdü. Bu yaxınlarda isə İrəvandakı restoranlarının birində oxuyan müğənni Spitakçi Aykoya mahnı sifariş verən Saşik onun sifarişinin gecikdirilməsindən əsəbiləşmiş və hamının gözü qarşısında müğənninin ayağının altına güllə atmağa başlamışdı.

Hal-hazırda biznesinin dairəsini genişləndirən Saşik Kaliforniyada və bəzi Avropa ölkələrində daşınmaz əmlaka və şirkətlərə malikdir. Son səfərlərinin birində o, ABŞ gömrük qaydalarını pozduğu üçün ABŞ ərazisinə buraxılmamışdı. Belə ki, üzərində 30 milyon dollar nağd pul aparırmış. O, bu faktı İrəvanda jurnalistlərə açıq şəkildə etiraf etməkdən çəkinməmiş və bu pulu biznes yolu ilə qazandığını bildirmişdi. Jurnalist isə "qanunvericiliyə uyğun olaraq millət vəkilləri bizneslə məşğul ola bilməz" sualını verəndə Saşik əsəbiləşmiş və onu söyməyə başlamışdı. O, Los-Ancelesdə (Tarzan city, 4935 Avenida Oriente, Tarzana, CA 91356- 4632) təqribən 3 milyon ABŞ dollarına 2005-ci ildə növbəti villasını almış və onun təmirinə 300.000 ABŞ dolları xərcləmişdi.

Saşik Sərkisyanın nəzarət etdiyi sahələrdən biri də əsasən paytaxt İrəvan olmaqla yol hərəkəti qaydalarının pozulmasından yığılan cərimələrdir. Saşikə aid olan şirkət tərəfindən ölkəyə sürət artımını və digər yol hərəkət qaydalarının pozulmasını qeydə alan cihazlar gətirilib. Ermənistanın müxalifət qəzetlərinin hesablamalarına görə, gündəlik əsasda yığılan cərimələrin həcmi 50 milyon dramdan artıqdır ki, bu da Saşik vasitəsilə Sərkisyan ailəsinin büdcəsinə daxil olur.

Sərkisyan ailəsi ona məxsus "Global-Contact" offşor şirkəti vasitəsilə Ermənistanın enerji sistemində mühüm rol oynayan Dzora su elektrik stansiyasının alınmasından sonra Vorotan SES-i də ələ keçirib. 25 meqavat gücü olan Dzora stansiyası cəmi 3 milyon dollara Sərkisyan ailəsinə satılıb. Bu sövdələşməyə qədər Dzora stansiyası elektrikin kilovatını 6 drama satırdı, bundan sonra Sərkisyanın qardaşı Saşik və kürəkəni M.Manisyan elektrikin kilovatını 12 drama satmağa başladılar.

Vorotan SES-in dəyəri 250 milyon ABŞ dolları civarında qiymətləndirilir. 400 meqavat gücündə olan bu stansiya 1965-ci ildən başlayaraq 12 il ərzində tikilib. Bu stansiyada ələ keçirildikdən sonra Sərkisyan ailəsinin elektrikin kilovatının 16 drama satacağı gözlənilir.

Ruben Hayrapetyan (təxəllüsü "Nemes Rubo") ən çox kriminallaşmış oliqarxlardan hesab olunur. Deyilənlərə görə, rusiyalı avtoritet "Yaponçik"in çevrəsinə yaxın şəxslərdən olub. Ermənistan Futbol Federasiyasının sədri olan Rubo "Grand Candy/Grand Tobacco" şirkətlərində böyük paya sahibdir. Amma S.Sərkisyanın təzyiqi ilə oradakı payının bir hissəsini Hrant Vartanyana verib. Ermənistan İnkişaf Bankında səhmlərə malik olan Rubonun Rusiyada kazinosu var. Deyilənlərə görə, qumar oyunlarının xüsusi həvəskarı olan S.Sərkisyan üçün kazinoda xüsusi oyun gecələrinin təşkilatçısı Rubodur.

Digər bir məlumata görə, Sərkisyan 2003-cü ildə Monte-Karlo kazinosunda böyük məbləğdə pul uduzub. Bu pul Rubo kimi oliqarxlar və o zaman Milli Bankın sədri olan Tiqran Sərkisyan tərəfindən ödənilib. T.Sərkisyan pulu bank möhtəkirliyinə yol verərək ölkənin Milli bankından çıxarıb.

Bundan əlavə Rubonun məşğul olduğu əsas biznes sahəsi narkotik maddələrin ticarətidir. İstisna deyil ki, işğal olunmuş ərazilər-Gürcüstan- Bolqarıstan, işğal olunmuş ərazilər-Gürcüstan- Ukrayna və ya işğal olunmuş ərazilər-Gürcüstan-Rumıniya narkoticarət xəttinə Rubo rəhbərlik edir. S.Sərkisyan bu sahəni də yaxın dostu olan Rubo vasitəsilə öz nəzarətində saxlayır.

Ermənistan Müdafiə Nazirliyinin qarnizon hospitalının bir neçə hərbi həkimi Ermənistan parlamentinin deputatı olan Rubonun "Arsnakar" adlı restoran kompleksində 17 iyun tarixində vəhşicəsinə döyülmüş və nəticədə tibb xidmətinin əməkdaşı Vaqe Avetyan ölmüşdü. Rubo öz cangüdənləri və bandit dəstəsi ilə bu şəxslərin döyülməsində şəxsən iştirak etmişdi. Bu məsələ böyük ictimai rezonans doğurduqdan sonra Rubo millət vəkili statusundan imtina etdi.

Hrant Vartanyan öz oğulları və biznes tərəfdaşı və millət vəkili "Mikhail" ilə Ermənistanın ən varlı adamlarından hesab olunur. "Grand" və "Masis" tütün şirkətləri ona məxsusdur. Eyni zamanda Rubodan alınan "Grand Candy" şirkəti də onun nəzarətinə verilib. Əsasən İranla ticarətə cəlb olunmuş H.Vartanyan İran tədqiqatları ilə məşğul olan Arya Universitetini maliyyələşdirir. O, əvvəllər R.Köçəryanın çevrəsinə daxil olsa da sonradan S.Sərkisyan tərəfə keçib.(Musavat.com)

Tarix
2014.02.02 / 18:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla