Ana səhifə Planet |
Qəzaya uğrayan "Kosta Konkordiya" turist gəmisinin xilası üçün su altında müəyyən işlər aparan 40 yaşlı dalğıclardan biri dünyasını dəyişib.
"Axar.az" "Röyters"ə istinadənxəbər verir ki, dalğıc USC ispan şirkətinin sifarişlərini həyata keçirib. Dalğacın ayağı gəminin metal konstruksiyaları arasında qalıb. Digər dalğıclar faciəni əvvəlcədən duymayıblar. Sahilə çıxarılan peşəkar mütəxəssisin ürək nəbzi fəaliyyətdə olub. Lakin kifayət qədər qan itirdiyindən onun həyatını qurtarmaq mümkün olmayıb.
Xatırladaq ki, "Kosta Konkordiya" gəmisi 14 yanvar 2012-ci il gecə saatlarında İtaliya sahillərində sulara qərq olub. Batan zaman nəhəng gəmidə 4 mindən çox sərnişin olub ki, onlardan 32 nəfər dünyasını dəyişib. Hazırda onu təmir edib, sahilə çıxarmaq istəyirlər.
Tarix
2014.02.02 / 13:30
|
Müəllif
Ruslan Məmmədoğlu
|