Yuxarı

İngiltərə Fransa prezidentinə çətin anlar yaşatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Olland rəsmi səfərdə olduğu İngiltərədə çətin anlar yaşayıb.

"Axar.az"ın əldə etdiyi informasiyaya görə, Ollandın aktrisa Juli Qayet ilə münasibətlərinin ortaya çıxmasından sonra fransız mətbuatı hörmət naminə bu məsələyə geniş yer verməmişdi. Ancaq İngiltərə mətbuatı bu məsələyə geniş yer verərək Ollandı çətin duruma salıb.

İngiltərə Baş naziri Devid Kameron da həmkarını çətin vəziyyətdə buraxmamaq üçün yoldaşı Samenta Kameronu Ollandı qarşılamaq üçün hava limanına gətirməyib.

İngilis mətbuatı Ollandı sual atəşinə tutub. Belə ki, jurnalistlər prezidentə "siz ölkənizi gülməli vəziyyətə saldığınıza inanırsınızmı", yaxud "münasibətdə olduğunuz aktrisanın burada sizinlə olmasını istəyərdinizmi" kimi suallar veriblər. Olland isə suallara cavab verməyəcəyini bildirib.

Tarix
2014.02.02 / 11:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla