Yuxarı

Qafqaz uğrunda böyük savaş başladı – Şok iddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xristianlardan sonra indi də müsəlmanlarla sizə təzyiq edəcəklər".

Bunu "Axar.az"a adının çəkilməsini istəməyən rus politoloqlarından biri bölgədəki vəziyyəti şərh edərkən deyib.

O, hazırda bölgə uğrunda üzdə görünməyən böyük savaş getdiyini bildirib:

"Ukrayna uğrunda savaş qızışıb. Qərbin Rusiyaya qarşı əks hücumu da güclənib. Belə vəziyyətdə bu savaş Qafqazdan da uzaq qalmayacaq. Hətta deyə bilərəm ki, Qafqaza artıq yaxınlaşıb".

Politoloq Rusiyanın Qafqazı əlidən verməməkdən ötrü ilk addım atdığını söyləyib:

"2013-cü il dekabrın 17-də Azərbaycanın imzaladığı böyük müqavilə bölgəni Rusiyadan bir addım da ayırdı. Bu, Azərbaycan tərəfdən atılmış ciddi addımdır, buna diplomatik yollarla mane olmaq cəhdi boşa çıxdığından, Rusiyanın başqa üsula əl atacağını gözləməliydiniz. Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində indiki vəziyyət gözləniləndir. Bir tərəfdən 17 dekabr müqaviləsi, digər tərəfdən ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədrini kənarda qoyaraq, problemi çözmək üçün digər iki həmsədrin fəaliyyətini gücləndirməsi və Qarabağ problemini çözməklə, Qərbin bölgədə möhkəmlənmə istəyinə qarşı Rusiya dirəniş göstərməliydi. Unutmayın ki, Rusiya Xarici İşlər naziri Qarabağ danışıqları ilə bağlı ötən ilin sonunda verdiyi bəyanatda proseslərdən kənarda qoyulduğunu dolayısı ilə ifadə etmişdi. Bu isə Rusiyanın narazı qaldığının və tədbirlər görəcəyinin anonsu idi.

Rusiyanın Gürcüstandakı son hakimiyyət dəyişikliyindən sonra bəslədiyi ümidlər də özünü tam doğrultmur. Ona görə də ABŞ-ın Qafqazdakı dayaqlarını zəiflətmək üçün daha çılğınlıqla çalışır".

Politoloqun sözlərinə görə, ən böyük təzyiqin Azərbaycana ediləcəyini proqnozlaşdırmaq olar:

"Rusiya bütün vasitələrlə Gürcüstanı geri qaytarmağa çalışır. Çünki Rusiyadan kənar neft-qaz kəmərləri məhz bu ölkədən tranzit olunur. Amma ən böyük mübarizə bölgənin söz sahibi olan Azərbaycan uğrundadır. Azərbaycan Qafqazın aparıcı ölkəsi və Qərbin əsas iqtisadi tərəfdaşına çevrilməkdədir. Ölkənizi ciddi sınaqlar gözləyir".

O, son günlər dini sektalardakı aktivliyə də diqqət çəkib:

"Azərbaycanda indiyə qədər dini sektalarla bağlı problem olmayıb. Siz tolerant ölkəsiz, xalq olaraq dini dözümlülüyünüzü şərtləndirən tarixi ənənələriniz var. Amma son günlər vəziyyəti dəyişməyə cəhd edirlər. ABŞ da məhz bu sahədə qarşılıq verməyə çalışır. Şimalda Doku Omarov Putinə qarşı cihada rusları da çağırdı. Sonra iki terror təşkilatı Azərbaycana qarşı cihad elan etdiyini bildirdi".

Politoloqun sözlərinə görə, bu vaxta qədər din pərdəsi altında edilənlərin üstü tamamilə açılıb:

"Əvvəllər xristian-müsəlman savaşı görüntüsü yaradırdılar. Amma indi vəziyyətə diqqət edin: müsəlman terror təşkilatları müsəlmanları hədələyir, Livan erməni soyqırımına dəstək verir və s. Yəni indi savaşın dövlət və iqtisadi maraqlar üstündə qurulduğu tam ortadadır".

Politoloq bir vacib məqama da diqqət çəkib. Bu da Rusiyanın gələcəyi ilə bağlı bədbin proqnozların getdikcə ciddiləşməsidir: "Rusiyanın parçalanacağı ilə bağlı ehtimallar və bu ehtimalın gerçəkləşməsinə dəstək verənlər bilməlidirlər ki, Moskva bütün bunları nəzərə alaraq, tarana gedə bilər. Yəni onsuz da itirəcək bir şeyi qalmayınca, son savaşda bütün qüvvəsini səfərbər edir. Ona görə də bölgədə ciddi bir dönəm başladığının fərqində olmalısınız".

Tarix
2014.02.01 / 14:08
Müəllif
İlkin Həsənli
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla