Yuxarı

Gömrük İttifaqı Ermənistana baha başa gələcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün biz dövlətçiliyimizi itirməyə hazırıq. Bu barədə erməni publisist Zarui Ovannisyan yazdığı məqaləsində bildirib.

Müəllif fikirlərini Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Koçaryanın açıqlamalarına əsaslandırıb.

Şavarş Koçaryan Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı bir sıra detalları açıqlayıb. O bildirib ki, Gömrük İttifaqı artıq bir ildən sonra ləğv ediləcək və yumşaq şəkildə mayda yaradılacaq Avrasiya Birliyində əriyəcək. Koçaryan bildirib ki, Ermənistan Avrasiya Birliyinin təsisçisi olmağa can atır.

Publisist yazır ki, bu inteqrasiya Ermənistanın sadə vətəndaşlarına çox baha başa gələcək. Onlar qaza, elektrik enerjisinə daha çox pul ödəyəcəklər. Artıq buna hazırlıq gedir, məsələn, 23 sistem ucuz İran kerosini Ermənistana buraxılmayıb , çünki bu, bahalı Rusiya qazının satışına mane olur. Həm də Ermənistan iqtisadiyyat nazirinin müavini Qareqin Melkonyan bildirib ki, Gömrük İttifaqında malların 60%-ə tətbiq edilən gömrük rüsumları Ermənistana baxanda yüksəkdir. Bu isə gündəlik istehlak edilən mallara görə daha çox pul ödənilməsi deməkdir.

"İndi Ermənistan rəhbərliyinin yalnız son addımı atması - Konstitusiyanı dəyişməsi və əsas dövlət funksiyalarının ali quruma verməsi qalıb. Sonra rəsmən Üçüncü Respublikanın (indiki Ermənistan Respublikasının - red.) sonu barədə bəyan edəcəklər",- deyə publisist vurğulayır. (ANS)

Tarix
2014.01.31 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla