Yuxarı

Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Nizamnaməsi təsdiq edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Nizamnaməsini və strukturunu təsdiq edib.

"Axar.az" Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir ki, nizamnaməyə əsasən, QSC-nin bütün səhmləri dövlətə məxsusdur.

Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 5, nizamnamə kapitalı isə 383 420 621 manatdır (hər birinin nominal dəyəri 1 manat olan 383 420 621 səhm).

Qurumun strukturuna QSC-nin tərkibinə daxil olan aparatlar, törəmə müəssisələr, hüquqi şəxslər, həmçinin filial və bölmələri daxildir.

QSC-nin törəmə müəssisələri Azərbaycan Dövlət Dəniz Akademiyası, "Dənizçi" yardımçı kənd təsərrüfatı müəssisəsi və Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi Tədqiqat İnstitutudur.

QSC-nin tabeliyindəki hüquqi şəxs statusuna malik olmayan təşkilatlar: Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, "Bibiheybət" Gəmi Təmiri Zavodu, "Zığ" Gəmi Təmiri Zavodu, İstehsalat Xidmətləri İdarəsi və Sosial İnkişaf İdarəsi.

QSC-nin strukturuna, Türkiyə, Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Ukraynadakı nümayəndəlikləri də daxildir.

Tarix
2014.01.31 / 20:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla