Yuxarı

Ermənistandan sığınacaq istəyən ailənin kimliyi açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Milli Təhlükəsizlik Nazirliyi azərbaycanlı ailənin bu ölkədən siyasi sığınacaq istəməsi barədə məlumatlara aydınlıq gətirib.

Hadisə Baqrataşen rayonunda baş verib. Nazirlik bildirib ki, erməni-gürcü sərhəddində Bakı sakini 1976-cı il təvəllüdlü Cavid Orucov özü, həyat yoldaşı və 3 uşağı ilə bərabər müraciət edib.

Nazirliyin açıqlamasında bildirilir ki, C.Orucov bu istəyinin səbəbini erməni əsilli R.Mirzoyeva ilə evləndikdən sonra qarşılaşdığı təzyiqlərlə əlaqələndirib. Bakı sakini olan R.Mirzoyeva 1983-cü ildə dünyaya gəlib. C.Orucov iddia edib ki, bu evlilikdən sonra xüsusi xidmət orqanlarının təzyiqlərinə davam gətirməyərək bu qurumlarla əməkdaşlığa razılıq verib. C.Orucov həyat yoldaşının xaricdə yaşayan qohumları vasitəsilə Ermənistan və diaspor haqqında məlumatlar toplamalı olduğunu deyib.

Erməni mətbuatının yazdığına görə, hazırda BMT-nin bu ölkədəki nümayəndəliyi və Ermənistan Miqrasiya Xidməti ailənin müraciətini araşdırır. ("AzNews.az")

Tarix
2014.01.31 / 19:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla