Yuxarı

“Rusdillilər bu səbəbdən etiraza meylli deyillər”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" virtual məkanda, sosial şəbəkələrdə populyar olan insanlarla "müsahibə-müsabiqə" layihəsini davam etdirir. Bildirdiyimiz kimi, layihənin sonunda sosial şəbəkədə ən çox paylaşılan və "feysbukun" "1 nömrə"si olduğunu isbatlayan müsahibimiz mükafatlandırılacaq. Layihənin bu dəfəki qonağı feysbuk sosial şəbəkəsində populyar olan xanım isifadəçi Aidə Ələkbərdir.

- Feysbukdan nə zamandan bəri istifadə edirsən və ilkin vaxtlarla indiki feysbuk fəaliyyətin arasında hansı fərqlər var?

- Qeydiyyatdan çoxdan keçmişdim, amma ilk zamanlar xoşuma gəlməmişdi deyə, çox nadir istifadə edirdim. Mütəmadi olaraq 2010-cu ildən istifadə etməyə başladım. Feysbukda mövcudluğumu "fəaliyyət" adlandırmazdım, amma əsas davranış fərqi ondan ibarətdi ki, daha öncələr digərlərinin ideya, sitat, aforizmlərini paylaşmağa üstünlük verirdimsə, daha sonralar öz düşüncələrimi paylaşmağa başladım.

- Səncə, bu, eqo yüksəlişi deyil?

- Yox, qəti. Biz, həqiqi dahilər, çox sadə adamlarıq. Əslində fikirləşdim ki, aforizmlər onsuz da internetdə var, istəyən tapıb oxuya bilər. Mənim öz düşüncələrim isə unikal məhsuldu. Anlaşılmaq üçün bir daha qeyd edim, mən bu məhsulun keyfiyyətini dəyərləndirmirəm, söhbət yalnız ondan gedir ki, bu, təkrar ideya deyil, öz müşahidəm, öz təcrübəmdi.

- Feysbukda arxivinə baxdım, əvvəlki illərdə yazdığın statusların əksəriyyəti rus dilindədir. Ancaq indi o qədər də çox yazmırsan. Özünü rusdilli sayırsan?

- Heç yadımda deyil əvvəllər hansı dildə yazırdım. Ola bilər. İndi də məncə rus dilində az yazmıram. Rusdilli deyəndə nə nəzərdə tutulur görəsən?

- Gündəlik hansı dildən istifadə edirsənsə, hansı dildə düşünürsənsə o dilin insanı sayılırsan...

- İdeyadan asılıdır. Elə ideya var ki, ağlıma hətta ingilis dilində gəlir. Çünki konkret bu dildə daha lakonik səslənir. Gündəlik həyatımda hal-hazırda Azərbaycan və rus dilini yəqin bərabər istifadə edirəm. Amma etiraf edim ki, rus dilini sevirəm və bu dildə daha çox oxuyuram, bu səbəbdən böyük ehtimalla söz bazam daha çoxdu. Orta və ali təhsilimi Azərbaycan dilində almışam.

- Rusdilliləri həmişə qınayırlar ki, cəmiyyətin problemlərinə biganə qalırlar, özlərini düşünürlər və s. bu fikirlə razısan?

- Ümumiyyətlə, bu "rusdilli" kateqoriyasının istifadəsinin əleyhinəyəm. Kimdir onlar? Təhsilini rus dilində almış insanlar? Milliyyətcə rus olan vətəndaşlar? Təhsilsiz, lakin ailələrində rus dili istifadə olunanlar? Yəni demək istəyirəm ki, müxtəlif növ və təbəqə insanlar ola bilər. Onların davranışı da fərqlidi və onları yalnız rus dilində danışmaqları ətrafında birləşdirmək məntiqsizdi. Əgər söhbət ana dilində danışmaqla patriotluq (bax bu sözün Azərbaycan versiyasını yadıma sala bilmirəm bayaqdan) arasında olan paraleldən gedirsə, mən onunla razı deyiləm. Ümumiyyətlə, patriotluğa da birmənalı yanaşmıram. Qısaca deyim, insanın cəmiyyətə xeyirlilik dərəcəsi ilə həmin insanın danışdığı dil arasında əlaqəni görmürəm.

- Səncə, nəyə görə aktiv və tələbkar vətəndaşların arasında rus dilində danışanlar yox dərəcəsindədir?

- Mən bir az çürükçüyəm, bağışla, amma yenə dəqiqləşdirməyə ehtiyac duyuram. Aktiv vətəndaşlar deyəndə nə nəzərdə tutulur? Feysbukda siyasi status yazanlar? Ya həyatlarını hansısa başqa məşğuliyyətlə zəngin edən, məna qatan insanlar?

- Məsələn, ictimai-siyasi həyatda daha aktiv olanlar, məsələlərə biganə qalmayanlar və s.

- Küçəyə çıxıb etiraz edənlər ümumi Azərbaycan əhalisinin neçə faizidi? Siz rusdilli adlandırdığınız neçə faizidi bütün Azərbaycanın? Bir tərəfdən bu sadə mütanəsiblikdi. Digər tərəfdən, əgər yenə də "rusdilli" kateqoriyasını davam etdirmək istəyiriksə, düşünürəm ki, onlar üçün daha ortaq olan dəyərlər ölkədəki hazırki vəziyyətlə ziddiyətdə deyil, bu səbəbdən etiraza meylli deyillər. Ən azı baş verən etiraz formalarına qarışmaq istəkləri olmur.

- Bildiyim qədəri ilə mütaliə ilə aran yaxşıdır. Oxuduğun kitablardan danışaq. Məsələn hazırda nə oxuyursan?

- Hazırda Harper Linin "Əbabili öldürmək"(To Kil a Mockingbird) kitabını oxuyuram. Arada anladım ki, bir xeyli kitab var, hamı oxuyub məndən başqa. Siyahı tutdum, oxuya-oxuya gedirəm. Keçən ilin sonunda həmin siyahıdan "İt ürəyi" və Selincerin "Çovdar tarlasında uşaqlar" ("Çovdarlıqda uçurumdan qoruyan". – red.) əsərini oxudum, xeyli ləzzət aldım. Digər tərəfdən fikirləşirəm ki, bəlkə daha öncələr bu əsərləri oxusaydım onlarda indi aldığım həzzi almazdım.

- Mediamızı izləyirsənsə, bəyənmədiyin tərəfləri hansıdır?

- Yerli TV-ni illərdi izləmirəm, heç xəbərim yoxdu nə baş verir. Yalnız radio və internetdə olan medianı izləyirəm. Bəyənmədiyim tərəf biabırçı savadsızlıqdır. Medianın bəyənmədiyim cəhətləri arasında bütün dünya mediasına xas olan tərəflər də var. Auditoriyaya, reytinqə işləmək bütün dünya mediasının ortaq problemidir. Nə etmək olar, əgər "filankəsin şok çılpaq fotosessiyası", "filankəs 100 minlik maşınını əzib" tipli başlıqlar maksimal baxıcı sayı yığırsa, media da ora gedəcək. Oxucuların səviyyəsini qaldırmaq isə medianın vəzifəsi deyil.

- Səncə, sosial media onlayn medianı nə zaman üstələyir? Sosial medianının hansı cəhətləri onu onlayn mediadan üstün edir?

- Sosial media interaktivlik səviyyəsinə görə onlayn mediadan fərqlənir və bu cəhətinə görə onu qabaqlayır. Sosial media oxucuya daha yaxındı, daha təbii və həqiqi görsənir.

Tarix
2014.01.31 / 17:26
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla