Yuxarı

“28 may”da insident – saxlanılanlar var - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup gəncin qartopu oynamaq sevdası onlara baha başa gəlib.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 28 may metro stansiyasının qarşısında bir qrup gənc oğlan ilə üç qız arasında qar topu oynamaq üstündə insident baş verib.

Qarşıdurmaya səbəb gənclərin yol ilə gedən qızlarla qartopu oynamaq istəyi olub. Gənclərin bu istəyi isə qızların narazılığıyla qarşılanıb. Nəticədə gənclər xanımların ünvanına nalayiq ifadələr işlədiblər. Tərəflər arasında yaranan gərginlik yaxınlıqda olan Post Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib. PPX əmkdaşları xanımların şikayəti əsasında hadisəyə müdaxilə edərək gənc oğlanları xidməti maşınlarla Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar.

Hadisə ilə bağlı Ləman adlı zərərçəkmiş xanımlardan biri "Axar.az"a açıqlamasında bunları dedi:

"Qəflətən üstümüzə hücum edərək bizi qartopuyla vurdular. Bundan sonra biz də onlara etirazımızı bildirdik, amma onlar bizə söyüş söyərək bu havada evimizdə oturmalı olduğumuzu dedilər".

Tarix
2014.01.31 / 15:30
Müəllif
İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla