Yuxarı

Mobil telefonun insan orqanizminə təsiri açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil telefonun şüalanmasının baş-beyin strukturlarına oksidləşdirici-reduksiyaedici təsiri var.

Ağ siçovullar üzərində təcrübələr göstərir ki, təxminən 1 ayadək şüalanma beyin qabığında və qabıqaltı strukturlarda lipid peroksidləşməsi və oksigeni udma qabiliyyəti kimi göstəricilərin dəyişməsinə səbəb olur. Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev deyib.

A.Qazıyev bildirib ki, beyin qabığında lipid peroksidləşməsinin zəifləməsi və oksigen udulmasının güclənməsinə səbəb olan şüalanma şəraiti qabıq altında əksinə, lipid peroksidləşməsinin güclənməsinə və oksigen udulmasının yavaşımasına gətirib çıxarır: "Beyinin müxtəlif nahiyələrində şüalanmanın əks istiqamətli effektləri elektromaqnit enerjisinin müxtəlif dərəcədə udulması ilə şərtlənən pro- və antioksidant təsirlərlə əlaqələndirilir. Misal üçün, göz büllurunun şəffaflığının itirilməsinə, yəni kataraktın inkişafına təsir göstərir. Ağ siçovullar üzərində aparılan təcrübələr göstərir ki, mobil telefonun EMŞ-nə 1 ay müddətində (gündə 20 dəq) məruz qalan orqanizmin göz büllurunda lipidlərin peroksidləşmə prosesləri müəyyən həddə qədər güclənir. Lakin bu orqanın normada yaxşı təşkil olunmuş antioksidant müdafiə sistemi, onun əsas elementlərindən biri olan qlütation öz aktivliyini artıraraq təhlükəli həddin aşılmasına yol vermir - redoks-status saxlanılır".

İnstitut direktoru deyib ki, gələcək tədqiqatlarımızda büllurda redoks-statusun pozulmasına gətirə biləcək şüalanmanın müddəti, intensivliyi, orqanizmin funksional vəziyyəti və digər parametrlərlə bağlı şərtlərin üzə çıxarılması həyata keçiriləcək: "Onu da qeyd edək ki, əvvəlki eksperimentlərimizdə fizioterapiyada istifadə edilən 460 MHz tezlikli EMŞ-nin (uyğun dalğa uzunluğu mobil telefonda istifadə edilən desimetr diapazonuna daxildir) aşağı intensivliyində göz büllurunda süni surətdə yaradılmış oksidativ stress vəziyyətini - kataraktın inkişafını stimullaşdıran şəraiti - aradan qaldırmaq mümkün olub".

A.Qazıyev deyib ki, tədqiqatlarımızın bu günə olan nəticələri mobil rabitə və fizioterapiyada istifadə edilən elektromaqnit şüalanmalarının (EMŞ) canlı orqanizmə xroniki təsirində həm prooksidant, həm də antioksidant reaksiyaların olması ehtimalını üzə çıxarır: "Hüceyrə membranlarının struktur və funksiyalarını bu və ya digər istiqamətdə modifikasiya etməklə EMŞ orqanizmdə gedən patoloji prosesləri sürətləndirə və ləngidə bilər. Mobil telefonların insanlara təsirinin qorxusu odur ki, məlumat dalğalarının tezlikləri ilə orqanizmin tənzimetmə tezliyi üst-üstə düşür. Yəni bizim beynimizdə məlumatların analiz olunma və ötürülməsinin dalğa intensivliyi, onların oxşarlığı və s. mobil telefonlarda ötürücülərin gərginliyi, dalğanın diapazonu ilə bəzən oxşar olur. Buradan o nəticəyə gəlmək olar ki, ifrat dərəcədə telefon və kompüterdən istifadə etdikdə o, parazit kimi beyinə daxil olur, beyindəki mexanizmlərin bir halqasına çevrilir. Ona görə də psixoloji durum zəifləyir. Belə hallarda telefondan istifadə edən şəxsə söz deyəndə, o eşitmir, buna dərhal başqa cür reaksiya göstərir. Mobil telefonlar daha çox oqranizmin antioksidant müdafiə sistemlərini tormozlayır, sıradan çıxarır".

Onun sözlərinə görə, mobil telefonlardan istifadənin çox geniş vüsət almasını nəzərə alaraq, danışıq zamanı orqanizmin, əsasən də baş nahiyəsinin mobil aparatın şüalandırdığı elektromaqnit şüalanmasının təsiri altında olması bu təsirdən irəli gələn biofiziki, biokimyəvi dəyişikliklərin öyrənilməsini aktual edir: "Hazırda institutumuzda mobil rabitə və fizioterapiyada istifadə olunan elektromaqnit şüalanmalarının müxtəlif orqan və toxumalarda oksidant-antioksidant proseslərin balansına təsirinin öyrənilməsi üzrə tədqiqatlar gedir. Redoks-status adlanan bu balansın pozulması orqanizmdə müxtəlif funksional fəsadlara gətirib çıxara bilir"( Trend ).

Tarix
2014.01.31 / 15:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla