Yuxarı

Zakir Həsənovdan daha bir sensasiyalı təyinat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanovun həbs edilərək istintaqa cəlb edilməsi haqda yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Axar.az"ın əldə etdiyi dəqiq məlumata görə, Şahin Sultanov məzuniyyətə göndərilib, məzuniyyətdən qayıtdıqdan sonra isə işdən çıxarılacaq. Bu müddət ərzində onun səlahiyyətlərini müvəqqəti olaraq HDQ-nin qərargah rəisi 1-ci dərəcəli kapitan Yunus Məmmədov icra edəcək.

Məlumatda o da bildirilir ki, Şahin Sultanovdan sonra onun vəzifəsinə müəyyən zaman kəsiyində Azərbaycan cəmiyyətində geniş müzakirələrə səbəb olan və heç də birmənalı qarşılanmayan şəxsin təyin edilməsi müzakirə mövzusudur. Amma onun işlədiyi sahənin mütəxəssisi olmasını nəzərə alan Müdafiə Nazirliyi bu təyinata yaşıl işıq yandırıb.

Nazirliyin yüksək ranqlı zabitləri arasında aparılan müzakirələrindən sonra məsləhət görülüb ki, onun bilik və bacarığından istifadə edilsin. Hələlik Şahin Sultanovun yerinə təyin ediləcək zabitin kimliyi gizli saxlanılır. Bu təyinat haqda yaxın vaxtlarda dəqiq məlumat daxil olacaq.

Xatırladaq ki, Müdafiə Nazirliyi yanvarın 30-da verdiyi məlumatda Şahin Sultanovun istefaya göndərilməsi xəbərini təkzib edib. "Minval.az" saytının bu gün verdiyi xəbərdə isə Şahin Mustafayevin həbs edilərək məsuliyyətə cəlb edildiyi bildirilir.

Tarix
2014.01.31 / 14:51
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla